Pleyeri seçin:

“50-yə yaxın evə ziyan dəydi” | Selin fəsadları ilə bağlı hansı işlər görülür? - Baku TV

29 aprel 2026 179 baxış

“Martın 27-28-i və aprelin 4-5-də yağan yağışlar nəticəsində Şabrançay və Dəvəçiçayda güclü sel baş verib. Nəticədə, çayların sağ və sol sahilləri sel suları ilə yuyulub, vətəndaşlara məxsus fərdi yaşayış evlərinə ciddi ziyan dəyib”.

Bu barədə Şabran Rayon Fövqəladə Hallar Komissiyasının sədri Hüseyn İlyasov məlumat verib.

O bildirib ki, sel təkcə yaşayış evlərinə deyil, həmçinin kəndlərarası yollara və ümumilikdə yol infrastrukturuna ziyan vurub.

Onun sözlərinə görə, altı körpünün sağ və sol hissələri sel suları ilə yuyulub:

“Yollar keçilməz vəziyyətə düşüb, rayonun qaz xətləri, elektrik dirəkləri və su infrastrukturu zərər görüb. Daxili imkanlar hesabına körpülərdə alternativ yollar çəkilib, müvəqqəti gediş-gəliş bərpa olunub. Eyni zamanda qaz, su və elektrik xətləri bərpa edilib və hazırda kommunikasiyalarda problem qalmayıb. Fövqəladə Hallar Nazirliyi və Şabran Rayon İcra Hakimiyyəti ilə birlikdə komissiya yaradılıb, vətəndaşların fərdi evlərinə baxış keçirilib, aktlar tərtib olunaraq Nazirliyə təqdim edilib”.

H.İlyasov əlavə edib ki, Prezidentin Sərəncamı ilə Dəvəçiçayın sağ və sol sahillərində bənd-bərkitmə işləri aparılacaq:

“Ziyan dəymiş evlərdə yenidən tikinti işləri görüləcək. Yol infrastrukturu, elektrik dirəkləri və körpülər yaxın zamanda bərpa olunacaq. İlkin mərhələdə təxminən 50-yə yaxın evə dəymiş ziyan qeydə alınıb. Bu evlərin hamısı tam dağılmayıb, lakin bir çoxunda divarlar və dam örtüyü ciddi zədələnib. Yekun qərarı komissiya verəcək”.

AZAL-ın donanmasına əlavə olunan yeni "Airbus A320neo" təyyarəsinin hansı özəllikləri var? - Baku TV

AZAL-ın donanmasına əlavə olunan yeni "Airbus A320neo" təyyarəsinin hansı özəllikləri var? - Baku TV

Cəmiyyət
22 iyun 2026 179 baxış
Bir sıra çimərliklərdən istifadəyə məhdudiyyət qoyuldu - ANA XƏBƏR

Bir sıra çimərliklərdən istifadəyə məhdudiyyət qoyuldu - ANA XƏBƏR

Cəmiyyət
22 iyun 2026 179 baxış
“Kefsiz olanda bahalı maşınlarıma baxıram” | Şükran Soltanov hansı məşhur ifaçının mühafizəçisi idi?

“Kefsiz olanda bahalı maşınlarıma baxıram” | Şükran Soltanov hansı məşhur ifaçının mühafizəçisi idi?

Cəmiyyət
22 iyun 2026 179 baxış
Azərbaycan İlahiyyat İnstitutunda “Məzun günü” keçirilib - Baku TV

Azərbaycan İlahiyyat İnstitutunda “Məzun günü” keçirilib - Baku TV

Cəmiyyət
22 iyun 2026 179 baxış
“13 ildən sonra əsgərliyə yaradı?!” - Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? - Baku TV

“13 ildən sonra əsgərliyə yaradı?!” - Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? - Baku TV

Cəmiyyət
22 iyun 2026 179 baxış
Çimərliklərə getmək istəyənlərə Səhiyyə Nazirliyindən xəbərdarlıq - Baku TV

Çimərliklərə getmək istəyənlərə Səhiyyə Nazirliyindən xəbərdarlıq - Baku TV

Cəmiyyət
22 iyun 2026 179 baxış
"Sürətlə gəlirik, anidən çıxır qabağımıza" | Mərkəzi küçədə dəhşətli mənzərə - Baku TV

"Sürətlə gəlirik, anidən çıxır qabağımıza" | Mərkəzi küçədə dəhşətli mənzərə - Baku TV

Cəmiyyət
22 iyun 2026 179 baxış
FHN-dən çimərliklərdə təhlükəsizliklə bağlı əhaliyə müraciət - Baku TV CANLI

FHN-dən çimərliklərdə təhlükəsizliklə bağlı əhaliyə müraciət - Baku TV CANLI

Cəmiyyət
22 iyun 2026 179 baxış
"Yumurta tapa bilirəm ki, alım?" | Qiyməti 1 qəpiyə düşdü, amma tapılmır - Baku TV

"Yumurta tapa bilirəm ki, alım?" | Qiyməti 1 qəpiyə düşdü, amma tapılmır - Baku TV

Cəmiyyət
22 iyun 2026 179 baxış
Həftənin ilk gününün havası | Qurumdan açıqlama - Baku TV

Həftənin ilk gününün havası | Qurumdan açıqlama - Baku TV

Cəmiyyət
21 iyun 2026 179 baxış
Seçilmişlər
icon