Pleyeri seçin:

500-600 manat ödəyirlər, amma... | Doktoranturaya qəbulda narazılıq yaradan proses - Baku TV

13 avqust 2026 245 baxış

Doktorantura səviyyəsində təhsil almaq istəyənlər üçün qəbul prosesi yenidən müzakirə mövzusu olub. 2026-cı ildə keçirilən imtahanların nəticələri isə məsələni daha da aktuallaşdırıb.

Xarici dil üzrə namizədlərin 37%-i, fəlsəfə doktoru imtahanında isə iddiaçıların təxminən 71%-i minimum tələbi ödəyə bilməyib.

Tələbələr bildirirlər ki, imtahanların yenidən keçirilməsi və bununla bağlı məlumatın gec verilməsi haqsızlıqdır. Onlar 500-600 manat arası pul ödəyərək dil imtahanına girirlər. Amma həmin nəticələr DİM tərəfindən qəbul olunmur.

Millət vəkili Ceyhun Məmmədov da hesab edir ki, beynəlxalq sertifikat sahiblərinin yenidən yoxlanılması düzgün yanaşma deyil:

“Siz IELTS sertifikatı ilə dünyanın istənilən ölkəsində universitetə qəbul ola bilirsiniz. Həmin sertifikatı alan gənclərin təkrar imtahana cəlb olunması düzgün qərar deyil. Əlavə yoxlama yalnız istisna hallarda tələb oluna bilər”.

DİM-in məlumatına görə, 2026-2027-ci tədris ili üzrə doktoranturaya qəbul üçün dil sertifikatı təqdim edən 162 namizədin sənədləri təsdiqlənib və həmin şəxslər xarici dil imtahanından azad ediliblər. 11 namizədin sertifikatı isə müxtəlif səbəblərdən təsdiqlənməyib.

DİM-in Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə vurğulayıb ki, namizədlərlə keçirilən əlavə görüşlər yeni imtahan məqsədi daşımayıb. Əsas məqsəd təqdim olunan sertifikatların həqiqiliyini və sertifikatda göstərilən nəticə ilə namizədin nümayiş etdirdiyi dil biliyi arasında uyğunluğu müəyyənləşdirmək olub.

Banner
"Hər şey qaydasında olacaq” dedikləri yol niyə bərbad haldadır? - “Gecə saat 3-də...” - Baku TV

"Hər şey qaydasında olacaq” dedikləri yol niyə bərbad haldadır? - “Gecə saat 3-də...” - Baku TV

Cəmiyyət
08 oktyabr 2026 245 baxış
Ballistik raket zərbəsi Gəncəyə necə dəhşət saçdı? - Hücumdan 6 il ötdü... - Baku TV

Ballistik raket zərbəsi Gəncəyə necə dəhşət saçdı? - Hücumdan 6 il ötdü... - Baku TV

Cəmiyyət
08 oktyabr 2026 245 baxış
Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər - Baku TV CANLI

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər - Baku TV CANLI

Cəmiyyət
08 oktyabr 2026 245 baxış
Birinci Qarabağ müharibəsində itkin düşmüş neçə nəfərin şəxsiyyəti müəyyənləşdirildi? - Baku TV

Birinci Qarabağ müharibəsində itkin düşmüş neçə nəfərin şəxsiyyəti müəyyənləşdirildi? - Baku TV

Cəmiyyət
08 oktyabr 2026 245 baxış
İtkinlərin taleyinin aydınlaşdırılması üçün İrəvandan konkret addım gözlənilir - Baku TV

İtkinlərin taleyinin aydınlaşdırılması üçün İrəvandan konkret addım gözlənilir - Baku TV

Cəmiyyət
08 oktyabr 2026 245 baxış
Qalmaqal: BDU-da pul yığılır? | Tələbələr nə deyir? - 24 SAAT

Qalmaqal: BDU-da pul yığılır? | Tələbələr nə deyir? - 24 SAAT

Cəmiyyət
07 oktyabr 2026 245 baxış
Korrupsiya barədə məlumat verənlərin kimliyi necə qorunacaq? - Baku TV

Korrupsiya barədə məlumat verənlərin kimliyi necə qorunacaq? - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 245 baxış
"Axan su zirzəmiyə dolur" | Zirzəmiyə yığılan su yaşayışı dözülməz hala gətirib - Baku TV

"Axan su zirzəmiyə dolur" | Zirzəmiyə yığılan su yaşayışı dözülməz hala gətirib - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 245 baxış
Yeni nəqliyyat layihəsi şəhərdə gediş-gəlişi necə dəyişəcək? - ANA XƏBƏR

Yeni nəqliyyat layihəsi şəhərdə gediş-gəlişi necə dəyişəcək? - ANA XƏBƏR

Cəmiyyət
07 oktyabr 2026 245 baxış
“Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV

“Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 245 baxış
Seçilmişlər
icon