Ağır qəzanın təfərrüatları | Sifariş edilən ayıq sürücüdən niyə imtina edilib? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Gecə saatlarında Bakıda tanınmış aparıcı Ada Süleymanova və tanışının öldüyü qəza ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Oxu.Az xəbər verir ki, Ada Süleymanova doğum günü məclisi başa çatandan sonra ayıq sürücü sifariş edib. Ayıq sürücü vaxtında gəlib və Ada Süleymanova sürücüdən onu evlərinə aparmağı xahiş edib.
O, sürücünün xidmət haqqını da ödəyib. Lakin sonda onun tanışı Anar Kərimov ayıq sürücüdən imtina edib və Adanı özünün aparacağını deyib.
Beləliklə, A.Kərimov ayıq sürücünü geri qaytarıb və özü sükan arxasına əyləşib. Restorandan ayrıldıqdan təxminən 10-15 dəqiqə sonra onların içində olduqları avtomobil yüksək sürətlə yük maşınına çırpılıb.
Qəza nəticəsində avtomobili idarə edən A.Kərimov və tanınmış aparıcı A.Süleymanova hadisə yerində dünyasını dəyişib.
#Yol qəzası teqi istifadə olunub
- Ada Süleymanovanın da öldüyü hadisə üzrə ekspertizalar təyin edilib
- Baku TV aparıcı Ada Süleymanovanın qəzaya düşdüyü ərazidə | Hadisə yerindən son görüntülər
- Aparıcı Ada Süleymanovanın öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı - Baku TV CANLI
- Aparıcı Ada Süleymanovanın öldüyü qəza barədə detallar - Baku TV
- Qaradağda dəhşət: Aparıcının öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı - Baku TV
