Pleyeri seçin:

“Evdə saxladıqca dəyəri itir” | Pulumuzu necə artıraq? - “Azərbaycanlılar buna hazır deyil”

22 noyabr 2026

Beş il əvvəl əlinizdəki 1000 manatla qızıl alsaydınız, bu gün həmin qızılın dəyəri 2200 manatdan çox olardı. Eyni məbləği səhmlərə yatırsaydınız, 800 manatadək, bank depozitinə yerləşdirsəydiniz isə 500 manatdan çox faiz gəliri əldə edə bilərdiniz.

Bəs indiki dövrdə vətəndaşlar pullarını harada saxlayırlar? Vəsaitlərini artırmaq üçün hansı investisiya üsullarına üstünlük verirlər?

Baku TV bu suallarla bağlı sakinlərin fikirlərini öyrənib.

“İndi pulum yoxdur, ona görə bilmirəm. Amma evdə saxlamaqla heç bir xeyir əldə etmirsən”, – sakinlərdən biri bildirib.

“Məncə, ən yaxşı investisiya növü daşınmaz əmlak və torpaqdır. Torpaq alındıqda gələcəkdə kənd təsərrüfatında istifadə etmək və buradan qazanc əldə etmək mümkündür. İkinci seçim isə qızıl və digər qiymətli metallar ola bilər”, – başqa bir sakin deyib.

İqtisadçı Xalid Kərimli isə bildirib ki, riskli investisiya alətlərini seçərkən həm qazanc, həm də itki ehtimalları nəzərə alınmalıdır. Risk səviyyəsi yüksəldikcə gəlir əldə etmək imkanları artsa da, ilkin vəsaitin bir hissəsini və ya hamısını itirmək ehtimalı da artır.

Ekspertin sözlərinə görə, vəsaitin istifadə edilməsinin ən əlverişsiz yollarından biri onu evdə saxlamaqdır. İlk baxışdan bu üsul risksiz görünsə də, inflyasiya səbəbindən pulun real dəyəri zamanla azalır:

“Vəsaiti evdə saxlamaq ən əlverişsiz variantdır. Belə baxanda risk ən aşağı səviyyədə görünür. Ancaq nəzərə almaq lazımdır ki, evdə saxladığımız pul nominal olaraq əvvəlki məbləğdə qalsa da, inflyasiya səbəbindən hər il öz dəyərini itirir. Yəni vəsaiti evdə saxlamaqla nəinki onu artırmaq mümkün olmur, hətta real alıcılıq qabiliyyətinin azalması ilə üzləşirik”.

Mütəxəssis qeyd edib ki, nisbətən az riskli investisiya istiqamətlərindən biri də qızıl alışıdır. Bununla belə, qızılın dəyərinin aşağı düşə biləcəyi də nəzərə alınmalıdır:

“Azərbaycan vətəndaşları üçün növbəti investisiya istiqaməti bank depozitləridir. Xüsusilə illik faiz dərəcəsi 12 faizə qədər olan manat depozitləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Bu o deməkdir ki, müəyyən edilmiş şərtlər çərçivəsində 12 faizə qədər faizlə yerləşdirilən əmanətlər sığortalanır. Daha böyük məbləğdə investisiya etmək istəyirsinizsə, bu zaman bankın riskini də nəzərə almalısınız”.

Banner
“O qədər ev tikilib, amma xəbəriniz olmayıb?!” | Sədr müavini Hövsan sakinlərini ittiham etdi

“O qədər ev tikilib, amma xəbəriniz olmayıb?!” | Sədr müavini Hövsan sakinlərini ittiham etdi

Cəmiyyət
22 noyabr 2026
Ən dadlı hindquşunun sirri nədir? | Biləsuvarda festival | “Göyçayda nar, bizdə də bunlar var”

Ən dadlı hindquşunun sirri nədir? | Biləsuvarda festival | “Göyçayda nar, bizdə də bunlar var”

Cəmiyyət
22 noyabr 2026
Hava şəraitindəki dəyişiklik hansı ərazilərdə daha çox hiss olunacaq? - Baku TV

Hava şəraitindəki dəyişiklik hansı ərazilərdə daha çox hiss olunacaq? - Baku TV

Cəmiyyət
21 noyabr 2026
Hava şəraitindəki dəyişiklik hansı ərazilərdə daha çox hiss olunacaq? - Baku TV CANLI

Hava şəraitindəki dəyişiklik hansı ərazilərdə daha çox hiss olunacaq? - Baku TV CANLI

Cəmiyyət
21 noyabr 2026
“Palçığa batıb, camaatın içində oturanda adam utanır” | Aidiyyəti qurumdan açıqlama - Baku TV

“Palçığa batıb, camaatın içində oturanda adam utanır” | Aidiyyəti qurumdan açıqlama - Baku TV

Cəmiyyət
21 noyabr 2026
Yeni texnologiya nə vəd edir?

Yeni texnologiya nə vəd edir?

Cəmiyyət
21 noyabr 2026
300 min pul xərclədi, hər şeyini satdı, amma... | Vüsalə 4 ildir həyat yoldaşının səsinə həsrətdir

300 min pul xərclədi, hər şeyini satdı, amma... | Vüsalə 4 ildir həyat yoldaşının səsinə həsrətdir

Cəmiyyət
21 noyabr 2026
“Dedi, adam deyil, ona verməyin!” | 2 qonşunun hasar mübahisəsi | “Qolçomaqlıq edir də!” - Baku TV

“Dedi, adam deyil, ona verməyin!” | 2 qonşunun hasar mübahisəsi | “Qolçomaqlıq edir də!” - Baku TV

Cəmiyyət
21 noyabr 2026
DYP sürücülərə müraciət edərək diqqətli və məsuliyyətli olmağa çağırıb - ƏSAS XƏBƏR

DYP sürücülərə müraciət edərək diqqətli və məsuliyyətli olmağa çağırıb - ƏSAS XƏBƏR

Cəmiyyət
21 noyabr 2026
“Dedilər ki, çəkin çoxdur, ona görə...”  | Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır

“Dedilər ki, çəkin çoxdur, ona görə...” | Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır

Cəmiyyət
21 noyabr 2026
Seçilmişlər
icon