Hava şəraitindəki dəyişiklik hansı ərazilərdə daha çox hiss olunacaq? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru isə yağıntının ayrı-ayrı ərazilərdə qısa müddət ərzində intensivləşəcəyi ehtimal olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-75 faiz təşkil edəcək.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı ərazilərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 14-18 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Güclü külək və sel təhlükəsi | Bu günlərdə küçəyə çıxarkən ehtiyatlı olun - Baku TV CANLI
- Hansı ərazilərdə yollar buz bağlayacaq? - Baku TV CANLI
- Qeyri-sabit hava ölkəni cənginə alır | Bu ərazilərdə ehtiyatlı olun - Baku TV
- Bakıda və bölgələrdə hava kəskin dəyişir? | Hava haqqında məlumat - Baku TV
- Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI
