Pleyeri seçin:

“O qədər ev tikilib, amma xəbəriniz olmayıb?!” | Sədr müavini Hövsan sakinlərini ittiham etdi

22 noyabr 2026 38 baxış

Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Şəhərcik” adlanan ərazidə onlarla fərdi yaşayış evi var. Yeni yaşayış massivi olan ərazidə xeyli sayda vətəndaş yaşayır. Lakin burada yollar bərbad vəziyyətdədir. Sakinlər gediş-gəliş zamanı ciddi çətinliklərlə üzləşirlər.

“Bu yola baxanlar haraya baxır, mən bilmirəm. Bərbad gündədir. Öz vəsaitimiz hesabına pul yığıb yolun düzəldilməsinə çalışırıq. Hər dəfə daş tökürük, düzəldirik, amma yenidən yağış yağanda əvvəlki vəziyyətinə qayıdır”, – sakinlərdən biri deyib.

“Avtomobillərimiz sıradan çıxır. Artıq maşında salamat detal qalmayıb. Bütün sistemlər dağılıb. Buraya girib-çıxmaq mümkün deyil”, – başqa bir sakin söyləyib.

Hövsan bələdiyyəsinin sədr müavini Faiq Məmmədov isə bildirib ki, ərazidəki evlərin sənədləri olmadığı üçün sakinlər əmlak və torpaq vergisi ödəmirlər. Buna baxmayaraq, bələdiyyə imkanları daxilində onlara kömək göstərməyə çalışacaq.

“Bizə bu barədə dünən məlumat verilib. Həmin ərazilər zəbt olunmuş torpaqlar hesab olunur. Bəzi evlər kənd təsərrüfatı təyinatlı torpaqlarda tikildiyi üçün belə bir vəziyyət yaranıb. Sakinlərə dəfələrlə bildirmişik ki, heç olmasa, torpaq vergisini ödəməlidirlər. Çalışacağıq ki, onlara ən qısa zamanda kömək göstərək”, – Faiq Məmmədov qeyd edib. 

Banner
Ən dadlı hindquşunun sirri nədir? | Biləsuvarda festival | “Göyçayda nar, bizdə də bunlar var”

Ən dadlı hindquşunun sirri nədir? | Biləsuvarda festival | “Göyçayda nar, bizdə də bunlar var”

Cəmiyyət
22 noyabr 2026 38 baxış
Hava şəraitindəki dəyişiklik hansı ərazilərdə daha çox hiss olunacaq? - Baku TV

Hava şəraitindəki dəyişiklik hansı ərazilərdə daha çox hiss olunacaq? - Baku TV

Cəmiyyət
21 noyabr 2026 38 baxış
Hava şəraitindəki dəyişiklik hansı ərazilərdə daha çox hiss olunacaq? - Baku TV CANLI

Hava şəraitindəki dəyişiklik hansı ərazilərdə daha çox hiss olunacaq? - Baku TV CANLI

Cəmiyyət
21 noyabr 2026 38 baxış
“Palçığa batıb, camaatın içində oturanda adam utanır” | Aidiyyəti qurumdan açıqlama - Baku TV

“Palçığa batıb, camaatın içində oturanda adam utanır” | Aidiyyəti qurumdan açıqlama - Baku TV

Cəmiyyət
21 noyabr 2026 38 baxış
Yeni texnologiya nə vəd edir?

Yeni texnologiya nə vəd edir?

Cəmiyyət
21 noyabr 2026 38 baxış
300 min pul xərclədi, hər şeyini satdı, amma... | Vüsalə 4 ildir həyat yoldaşının səsinə həsrətdir

300 min pul xərclədi, hər şeyini satdı, amma... | Vüsalə 4 ildir həyat yoldaşının səsinə həsrətdir

Cəmiyyət
21 noyabr 2026 38 baxış
“Dedi, adam deyil, ona verməyin!” | 2 qonşunun hasar mübahisəsi | “Qolçomaqlıq edir də!” - Baku TV

“Dedi, adam deyil, ona verməyin!” | 2 qonşunun hasar mübahisəsi | “Qolçomaqlıq edir də!” - Baku TV

Cəmiyyət
21 noyabr 2026 38 baxış
DYP sürücülərə müraciət edərək diqqətli və məsuliyyətli olmağa çağırıb - ƏSAS XƏBƏR

DYP sürücülərə müraciət edərək diqqətli və məsuliyyətli olmağa çağırıb - ƏSAS XƏBƏR

Cəmiyyət
21 noyabr 2026 38 baxış
“Dedilər ki, çəkin çoxdur, ona görə...”  | Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır

“Dedilər ki, çəkin çoxdur, ona görə...” | Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır

Cəmiyyət
21 noyabr 2026 38 baxış
Xərçəngin ən qəddar növünə qarşı vasitə | Yeni texnologiya nə vəd edir? - Baku TV

Xərçəngin ən qəddar növünə qarşı vasitə | Yeni texnologiya nə vəd edir? - Baku TV

Cəmiyyət
21 noyabr 2026 38 baxış
Seçilmişlər
icon