Pleyeri seçin:

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

20 sentyabr 2026 227 baxış

Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında sakinlər bildiriblər ki, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən evlər qəzalı vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, dövlət qurumlarının əməkdaşları əraziyə baxış keçirərək evlərin qəzalı vəziyyətdə olduğunu təsdiqləyiblər.

Onlar iddia edirlər ki, bir il ərzində köçürüləcəkləri bildirilsə də, bir ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də köçürülməyiblər.

“50 ildir burada yaşayıram. Balalarım gedib orada-burada qalır. Tək özüm qalmışam ki, evdən muğayat olum. Əl-ayağım şişib. Bütün günü suyun içindəyəm. Dərdimizi heç kimə deyə bilmirik. Deyirik, gəlirlər, baxırlar, ölçüb-biçirlər, çıxıb gedirlər”, – sakinlərdən biri deyib.

Digər sakin isə bildirib ki, evlərdən yeraltı qrunt suları çıxır və bununla bağlı həm yerli icra hakimiyyətinə, həm də Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

“İcra hakimiyyətindən gəlib yoxladılar. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da gəldilər. Rəy verildi ki, bu evlərdə yaşamaq mümkün deyil. 2025-ci ilin sentyabr ayında gəlib bizim evlərimizi ölçdülər, biçdilər, çıxıb getdilər. Dedilər ki, bu gün-sabah, mart ayında evləriniz söküləcək. Artıq sentyabr ayıdır. Burada yaşaya bilmirik”, – sakin qeyd edib.

Kopyalandı
Banner
Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib - Baku TV

Cəmiyyət
05 noyabr 2026 227 baxış
Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT

Cəlilabadda kartof məhsuldarlığı kəskin azaldı | Fermerlər çıxış yolu axtarır - 24 SAAT

Cəmiyyət
04 noyabr 2026 227 baxış
"İmrozda Bahar" filminin Bakıda təqdimatı oldu | Məryəm Üzərli film barədə nə danışdı? - Baku TV

"İmrozda Bahar" filminin Bakıda təqdimatı oldu | Məryəm Üzərli film barədə nə danışdı? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 227 baxış
Qaranlıq küçələr və palçıqlı yollar: "Bu dövrdə belə yolla getmək olmaz" | Zığ sakinləri bezdi

Qaranlıq küçələr və palçıqlı yollar: "Bu dövrdə belə yolla getmək olmaz" | Zığ sakinləri bezdi

Cəmiyyət
04 noyabr 2026 227 baxış
"Kapital Bank"dan Gəncə sakinləri üçün yenilik | Rəqəmsal bank xidmətləri genişlənir - Baku TV

"Kapital Bank"dan Gəncə sakinləri üçün yenilik | Rəqəmsal bank xidmətləri genişlənir - Baku TV

Cəmiyyət
04 noyabr 2026 227 baxış
"Telefonundakı səslərdən başa düşdük ki..." | Yuxuda şəhidin tabutunu gördü, səhəri gün...

"Telefonundakı səslərdən başa düşdük ki..." | Yuxuda şəhidin tabutunu gördü, səhəri gün...

Cəmiyyət
04 noyabr 2026 227 baxış
“Ziyan ziyan dalınca, qabağını ala bilmirik” - Kartofçuluq niyə təhlükə altında qalıb? - Baku TV

“Ziyan ziyan dalınca, qabağını ala bilmirik” - Kartofçuluq niyə təhlükə altında qalıb? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 227 baxış
Nə maşın var, nə də pul | Gəncədə qadına qarşı dələduzluq - ƏSAS XƏBƏR

Nə maşın var, nə də pul | Gəncədə qadına qarşı dələduzluq - ƏSAS XƏBƏR

Cəmiyyət
04 noyabr 2026 227 baxış
"Dedi ki, hərbçiyə maşını vermişəm ki, satsın" | Avtomobil almaq istədi, dələduzluqla üzləşdi

"Dedi ki, hərbçiyə maşını vermişəm ki, satsın" | Avtomobil almaq istədi, dələduzluqla üzləşdi

Cəmiyyət
04 noyabr 2026 227 baxış
“Gecə bizi narahat edirlər” | Sakinlərdən şikayət | “O icazəni onlara kim verib?!” - Baku TV

“Gecə bizi narahat edirlər” | Sakinlərdən şikayət | “O icazəni onlara kim verib?!” - Baku TV

Cəmiyyət
04 noyabr 2026 227 baxış
Seçilmişlər
icon