"Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 90 yaşlı Saniyə Kərimovanın xəstəxanaya qəbul edilmədiyi iddia olunur.
Dörd dəfə insult keçirən, şəkərli diabet, ürək xəstəliyi və limfödemdən əziyyət çəkən qadının vəziyyətinin ağır olduğu bildirilir.
Xəstənin oğlu Rauf Kərimovun sözlərinə görə, xəstənin ayaqlarında yaranan ağırlaşmalar səbəbindən həkimlər qanqrena təhlükəsi barədə xəbərdarlıq ediblər.
O iddia edir ki, Yasamal rayonundakı 16 nömrəli poliklinika anasını iki dəfə stasionar müalicə üçün Yeni Klinikaya yönləndirsə də, tibb müəssisəsində xəstə qəbul edilməyib.
“Deyirlər ki, 90 yaşı var, nə istəyirsən?! Ananı qocalar evinə ver, bizdə yer yoxdur”, – deyə şikayətçinin oğlu bildirib.
TƏBİB-dən verilən məlumata görə, 1936-cı il təvəllüdlü qadın 16 nömrəli şəhər poliklinikasında şəkərli diabet diaqnozu ilə dispanser qeydiyyatındadır. O, sentyabrın 19-u, 21-i və 28-i, eləcə də oktyabrın 3-də evdə müayinə olunub. Müayinələr zamanı hər iki aşağı ətrafında kəskin ağrılar, limfödem və limforeya müşahidə edilib. Hazırda pasiyent cərrahın və sahə həkiminin nəzarətindədir.
Qurumun açıqlamasında qeyd olunub ki, oktyabrın 28-də qadına stasionar müalicə üçün Yeni Klinikaya müraciət etmək təklif edilib. Lakin oktyabrın 30-dək onun tibb müəssisəsinə müraciəti qeydə alınmayıb. Bununla belə, xəstənin yaxınları klinikada qəbul edilmədiklərini bildirirlər.
#Yeni Klinika teqi istifadə olunub
- Robotik cərrahiyyə ilə öd kisəsi əməliyyatı icra olundu - Baku TV
- Yeni Klinikada ilk robotik cərrahi əməliyyat icra ediləcək - Baku TV CANLI
- Sümük iliyinin köçürülməsi artıq yeni klinikada da mümkün olacaq
- “Yeni Klinika”da nə baş verdi? | Dəhşətli hadisənin təfərrüatı
- Məktəbdə qalmaqal: Müavin önünə gələni döydü? | "Yeni Klinika"da köhnə problemlə üzləşənlər - XÜLASƏ
