"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İxtisasca mühəndis olan Siyəzən şəhər sakini Cavid Yahyayev tullantılardan sənət əsərləri yaradır.
Onun sözlərinə görə, istedad, zəhmət və yaradıcı təfəkkür bir araya gəldikdə ən adi metal parçası belə sənət əsərinə çevrilə bilər.
Sənətkarın sonuncu əsəri isə Vətən müharibəsində tarix yazan qəhrəman igidlərimizə həsr etdiyi dəmir cəngavər fiqurudur. Onun üçün bu, sadəcə metaldan hazırlanmış bir fiqur deyil, Vətən sevgisinin və qəhrəmanlarımızın unudulmaz xatirəsinə ehtiramın rəmzidir.
“Cəngavər fiqurunun hazırlanması dörd ay çəkdi. Xırda işlər qalmışdı, onları da təxminən bir həftəyə, on günə tamamlamaq mümkün idi. Ancaq çalışdım ki, dörd günə bitirim. Beləliklə, cəngavər fiquru dörd ay dörd günə hazır oldu. Bu bizə qələbə sevinci yaşadan igidlərimizə bir ərməğandır.
Fiqurun metaldan hazırlanması həm də onu xatırladır ki, metalla işləmək çox çətindir. Mən də polad biləkli igidlərimizi məhz bu formada canlandırmağa çalışmışam. Cəngavərin hündürlüyü təxminən iki metr, çəkisi isə 150 kiloqramdan artıqdır. O, döyüşə hazır vəziyyətdə təsvir olunub”, – deyə Cavid Yahyayev bildirib.
#Sənət əsərləri teqi istifadə olunub
