“Murdar suyun içində gəzirik, ayıbdır!” | Sakinlərin əsəbləri tarıma çəkilib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayonu, Hökməli qəsəbəsi, Narlıq küçəsinin sakinləri kanalizasiya problemindən şikayətçidirlər.
Sakinlərin sözlərinə görə, bir müddətdir kanalizasiya xəttindən daşan çirkab suları küçə boyunca axır. Nəticədə, ərazidə antisanitar vəziyyət yaranıb, gediş-gəliş çətinləşib.
Vətəndaşlar sözügedən problemlə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
“Zorla gedib-gəlirik, ayaqlarımız suyun içindədir. Bu, kanalizasiya suyudur, daşır. İnsanlar yeriyə bilmir, ayıbdır”, – sakinlərdən biri söyləyib.
Digər bir vətəndaş isə vurğulayıb:
“İllərdir bu vəziyyətdən əziyyət çəkirik. Yola daşlar düzmüşük ki, insanlar onların üstündən keçsinlər. Bu, kanalizasiya suyudur, yəni xəstəlik mənbəyidir. Xahiş edirik ki, bizə kömək etsinlər”.
