"Bunlar binanı qarışdırıb bizimlə düşmənçilik edirlər" | Bina rəhbərliyindən şikayət - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, Ceyhun Həsənov küçəsi, 29 ünvanında yerləşən çoxmərtəbəli binalarda idarəetmə ilə bağlı narazılıq yaranıb.
Sakinlər iddia edirlər ki, binanın idarəçiliyini həyata keçirən Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Onların sözlərinə görə, kommunal ödənişlər mütəmadi toplansa da, binalarda bir sıra problemlər həllini tapmır.
Ərazidəki çoxmərtəbəli binalar 2008–2010-cu illərdə tikilib. 2018–2019-cu illərdə sakinlər birləşərək Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradıblar və binanın idarəçiliyini öz üzərlərinə götürüblər.
Vətəndaşlar bildirirlər ki, ilk illərdə idarəetmə ilə bağlı heç bir problem olmayıb. Lakin son illərdə vəziyyət dəyişib.
Şikayətçi sakinlərdən biri deyir ki, mənzilinə isti su verilmir, lift isə aylardır istifadəyə bağlıdır. Buna baxmayaraq, ondan kommunal ödənişlər tələb olunur:
“Onlar sonradan gəlib binanı qarışdırdılar, sakinlər arasında düşmənçilik yaratdılar. 6-7 aydır liftdən istifadə edə bilmirəm. Ayda 100, 200, 300 manat pul verirəm, yenə də liftimi açmırlar. Pullarımızı mənimsəyirlər, bizə böhtan atırlar. Binanı pis vəziyyətə salıblar. Biz istəyirdik ki, özümüz yeni idarə heyəti seçək, hər şeyi yenidən quraq. Lakin onlar buna imkan vermədilər”.
#Əhmədli qəsəbəsi teqi istifadə olunub
- “Yazıq balalar...” | Xətaidəki faciənin detalları | “Düşüb üstünə, yorğanın tükü boğub...” - Baku TV
- Xətaidə qorxulu yanğın | Kişini ölümə aparan hadisə necə baş verib? - Baku TV CANLI
- Xətaidə ərzaq köşkündə faciə ilə nəticələnən yanğın | Əməkdaşımız hadisə yerində - Baku TV
- Torpaq sürüşməsi park edilən avtomobillərə ciddi ziyan vurdu
- Bakıda eyni yerdə ikinci dəhşət | Torpaq sürüşməsi olan ərazidə niyə tədbir görülməyib? - Baku TV
