"Gərək arvadın sözünə 30 faiz qulaq asasan" | "Bərk vurub dedi ki, mənə elçi göndərmisən?"
Yeniliklərdən dərhal xəbərdar olun
“O vaxtlar” verilişinin budəfəki qonağı Novxanı sakini Fəxrəddin Əliyev olub.
O, söhbət zamanı keçmişdəki ailə dəyərlərindən, uşaqlıq xatirələrindən və həmin dövrün evlilik adət-ənənələrindən danışıb.
101 yaşında vəfat edən babasının həyatından bəhs edən Fəxrəddin Əliyev onun üç dəfə evləndiyini və ailədə mövcud olan münasibətləri xatırlayıb:
“Deməli, üç xanımından ikisi bir evdə yaşayırdı. Dalaşmır, bir-birinə ağır söz demirdilər. Süfrə açılarkən kiçik nənəm yemək qazanını böyük nənəmin qarşısına qoyardı, böyük nənəm isə əvvəlcə babama yemək çəkərdi”.
Müasir ailə münasibətlərindən və həyat təcrübəsindən də danışan Fəxrəddin Əliyev kişilərin həyat yoldaşlarına münasibəti ilə bağlı fikirlərini bölüşüb:
“Kişi gərək həyat yoldaşının, özü də yaxşı həyat yoldaşının – evi yıxan yox, evini qoruyan qadının sözünə heç olmasa 30 faiz qulaq assın. Mən 25 faiz qulaq assaydım, belə olmazdım. İndiki bəzi ailələrdə isə hər şey başqadır. Məsələn, müğənnilər arasında boşanmaların şahidi oluruq. Amma ağıllı-kamallı xanımlara heç kim bir kəlmə də pis söz deyə bilməz”.
#Novxanı kəndi teqi istifadə olunub
- Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV
- "Bütün həyətlərdan su çıxır" | Novxanı sakinlərinin kanalizasiya problemi - Baku TV
- Novxanıda ferma ilə bağlı şikayətlər | Sakinlər hansı problemlərdən narazılıq edir? - 24 SAAT
- Novxanıda ferma qalmaqalı | Sakinlərin narazılığına səbəb olan problem nədir? - Baku TV
- “Hamiləmiz, körpəmiz var, belə şey olmaz!” | Ferma sakinlərin həyatını dözülməz edib? - Baku TV
