Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildiriblər ki, Abşeron rayonunun Novxanı kəndində kanalizasiya xəttinin olmaması illərdir ciddi problemlər yaradır.
Belə ki, qrunt sularının səthə çıxması nəticəsində çirkab suları sakinlərin fərdi yaşayış evlərinin həyətlərinə, küçələrə və magistral yola axır. Bu vəziyyət ərazidə antisanitariya şəraiti yaradır, həmçinin yolun gələcəkdə yararsız vəziyyətə düşməsinə səbəb ola bilər.
“Üç ildir burada yaşayıram. Əvvəllər belə bir vəziyyət olmamışdı. Həyətlərdən su çıxır. Suyun tərkibi necədirsə, ağaclar da quruyur. Bunun səbəbi isə bizdən yuxarıda yaşayan 126 sakinin kanalizasiya xəttinin olmamasıdır”, – sakinlərdən biri bildirib.
“Sular yığılır, bataqlıq əmələ gəlir. Antisanitariya yaranır. Bu da ağcaqanadların və milçəklərin çoxalmasına səbəb olur”, – digər sakin qeyd edib.
#Abşeron teqi istifadə olunub
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
- Söyüşlər havada "uçuşdu" | Qobuda torpaq alıb ev tikdi, yolunu bağladılar - Baku TV
- Abşeronda dəhşətli yol qəzası baş verdi | 2 nəfər həyatını itirdi - Baku TV
- "Dedilər ki, mətbəxdə qısaqapanma olub" | Abşeronda yaşayış binasında yanğın baş verib - Baku TV
- Abşeron klinikasında bıçaqlanma hadisəsi baş verib - Baku TV CANLI
