Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV
Qubadlı şəhərinin işğaldan azad olunmasından altı il ötür.
Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
2020-ci il oktyabrın 25-də Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bir neçə kəndinin, eləcə də Qubadlı şəhərinin işğaldan azad olunduğunu açıqlayıb.
Qubadlı şəhərinin işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən 5 867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə isə yenidən müstəqil rayon olub.
Qubadlı 1993-cü il avqustun 31-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Rayonun inzibati ərazi bölgüsünə bir şəhər, 93 kənd və 31 inzibati ərazi dairəsi daxildir.
Dövlət başçısı İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd olunur.
#Qubadlı şəhəri günü teqi istifadə olunub
- Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI
- Prezident İlham Əliyev sosial media hesablarında paylaşım edib | Qubadlı Şəhəri Günü
- Qubadlıda həyat canlanır | Azadlığın 4-cü ildönümü
- Qubadlının azad olunduğu gün | İlham Əliyev paylaşım etdi
- Biz döyüş meydanında ailəmizi fikirləşməmişik | Qubadlı azadlığının 4-cü ilində
