Pleyeri seçin:

Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? - Baku TV

26 oktyabr 2026 21 baxış

Uşaqlar gününün böyük hissəsini məktəbdə keçirir. Bəs onun özünü ifadə etməsi, komanda ilə işləməsi və yaradıcı düşünməsi necə inkişaf edir? Məktəbdənkənar təhsil dedikdə musiqi məktəbi, idmanla yanaşı, artıq günümüzdə biznes məktəbini də siyahımıza əlavə edə bilərik.

“MiniBoss” Beynəlxalq Biznes Məktəbi 6-17 yaşlı uşaqlar üçün biznes, sahibkarlıq, maliyyə savadlılığı və liderlik bacarıqlarının inkişafına yönəlmiş xüsusi təhsil proqramı təqdim edir. Burada şagirdlər nəzəri biliklərlə yanaşı, öz biznes ideyalarını yaratmağı, layihələr hazırlamağı və onları təqdim etməyi öyrənirlər.

Məktəbin əsas xüsusiyyətlərindən biri uşaqlara öz ideyalarını sərbəst şəkildə inkişaf etdirmək imkanı yaratmasıdır. Şagirdlər fərqli fikirlər üzərində işləyir, onları biznes layihələrinə çevirir və hər bir mərhələdə müəllimlərin dəstəyindən yararlanırlar.

Tədris prosesi praktiki təcrübə ilə də müşayiət olunur. Çempionatdan əvvəl uşaqlar öz layihələrini təqdim edir və müəyyən məbləğdə maliyyə dəstəyi əldə edirlər. Daha sonra həmin vəsait hesabına real məhsul hazırlayır və çempionatda üç mükafatçı yer uğrunda mübarizə aparırlar. Bu yanaşma uşaqlara biznes prosesini yaxından öyrənmək, komanda şəklində işləmək və öz ideyalarını reallaşdırmaq imkanı verir.

Eyni zamanda, proqram onların ünsiyyət, özünüifadə və müstəqil qərarvermə bacarıqlarının inkişafına şərait yaradır. “MiniBoss” Beynəlxalq Biznes Məktəbinin şagirdləri mütəmadi olaraq müxtəlif ölkələrdən olan həmyaşıdları ilə beynəlxalq yarışlarda iştirak edir və mükafatlar qazanırlar. Növbəti dünya çempionatının bu il Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsi planlaşdırılır.

Banner
Saç çıxaran vasitələr: nəticə, yoxsa boş vəd? | "İstifadə edirəm, başım, üzüm qabıq verir" - Baku TV

Saç çıxaran vasitələr: nəticə, yoxsa boş vəd? | "İstifadə edirəm, başım, üzüm qabıq verir" - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 21 baxış
İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 21 baxış
Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 21 baxış
Müəlliflik hüququ, yoxsa plagiat? | Tədris materiallarında müəllif hüquqları necə qorunur? - Baku TV

Müəlliflik hüququ, yoxsa plagiat? | Tədris materiallarında müəllif hüquqları necə qorunur? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 21 baxış
Təkrar müraciətlər, dəyişməyən vəziyyət | Şəhid anasının problemi niyə həll olunmur? - Baku TV

Təkrar müraciətlər, dəyişməyən vəziyyət | Şəhid anasının problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 21 baxış
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 21 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 21 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 21 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 21 baxış
Uşaqlara zorakılıq, küçələrdə təhlükə: məsuliyyətsizlik haradan başlayır? - XÜLASƏ

Uşaqlara zorakılıq, küçələrdə təhlükə: məsuliyyətsizlik haradan başlayır? - XÜLASƏ

Cəmiyyət
25 oktyabr 2026 21 baxış
Seçilmişlər
icon