Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanında yerləşən yataqxananın sakinləri çətin şəraitdə yaşadıqlarını bildirirlər.
Sakinlərin sözlərinə görə, ötən əsrin 50-ci illərində inşa edilən binanın daxili hissəsi qəzalı vəziyyətdədir. Elektrik naqilləri açıqdır, sanitar qovşağında yaranan problem səbəbindən çirkab sular mənzillərə axıb. Hazırda zirzəminin də su ilə dolu olduğu bildirilir.
30 ildən artıqdır binada yaşayan sakinlər nəmişlikdən, üfunət qoxusundan və kommunal problemlərdən əziyyət çəkdiklərini deyirlər. Onların sözlərinə görə, binanın yalnız fasad hissəsi təmir olunub, daxili hissədə isə əsaslı təmir aparılmayıb.
Sakinlər aidiyyəti qurumlardan binanın vəziyyətinin araşdırılmasını və mövcud problemlərin aradan qaldırılmasını istəyirlər.
#Yasamal teqi istifadə olunub
- Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI
- Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- "Evlərdə hamam yox idi" | XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? - "Axı tarixi irsdir..."
- Ərazini su basıb, gediş-gəliş çətinləşib
