Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın bəzi küçə və prospektlərində kanalizasiya qapaqları təhlükə mənbəyinə çevrilib.
Belə ki, bəzi yollarda kanalizasiya qapaqlarının yol səthindən aşağıda yerləşməsi sürücüləri qəfil manevrlər etməyə məcbur edir. Bu isə avtomobillərin təkərlərinin və digər hissələrinin zədələnməsinə, bəzən isə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Xüsusilə yağışlı havalarda və gecə saatlarında təhlükə daha da artır.
“Təhlükə yaradır. Maşına böyük ziyan dəyir. Hərəkət edərkən qəfil həmin çuxura düşürsən. Avtomobil zədələnir, təmir və amortizasiya xərcləri artır”, – sürücülərdən biri bildirib.
“Nə qədər deyirik, xahiş edirik, amma baxan yoxdur. Yolun ortası ilə gedərkən qəfil çuxura düşürsən. Üstəlik, yağış yağanda qapağın ətrafı su ilə örtülür, görmək mümkün olmur. Nəticədə həm avtomobilə, həm də sürücüyə ziyan dəyir, əlavə xərc yaradır”, – başqa bir sürücü deyib.
#Sürücü şikayəti teqi istifadə olunub
- Sürücülər maşın bazarındakı problemdən şikayətləndi - Baku TV CANLI
- "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində sıxlıq | Sürücülər özlərindən çıxdı - Baku TV
- "Maşın gedəndə əzilir, əsas da..." - Bu yoldan normal keçmək niyə müşkülə çevrilib? - Baku TV
- Yol çökməyib, siz "səhv" görürsünüz | Bu problemlərə görə insanlar başını itirir - XÜLASƏ
- Cərimələnən sürücünün şikayətinə qurum nə cavab verdi?
