Yerli və xarici aşpazların əl işləri Qəbələdə diqqət mərkəzində - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələdə ilk dəfə qastronomiya sammiti keçirilir.
Sammitdə Qəbələnin unudulmaqda olan, eləcə də günümüzə qədər qorunub saxlanılan mətbəx nümunələri qonaqlara təqdim olunur. Tədbirdə həmçinin xarici ölkələrdən də qonaqlar iştirak edirlər. Hətta Avropanın bir sıra şəhərlərindən tanınmış aşpazlar da sammitə qatılıblar.
Fransız aşpaz Lionel Strub sammitlə bağlı təəssüratlarını bölüşüb.
“Bu sammit Qəbələ ilə dünyanın qalan hissəsi arasında möhtəşəm bir münasibətin başlanğıcını təşkil edir. Şübhə yoxdur ki, Qəbələ qonaqpərvərliyi ilə dünyada tanınacaq”, – deyə o vurğulayıb.
Qeyd edək ki, “Qəbələ qastronomiya sammiti” aşpazları, yerli istehsalçıları, beynəlxalq ekspertləri və qurum nümayəndələrini bir araya gətirib. Sammit Qəbələnin zəngin mətbəx ənənələri ilə müasir qonaqpərvərlik sektoru arasında əlaqələri gücləndirməyi hədəfləyir.
