Pleyeri seçin:
Cərimələnən sürücünün şikayətinə qurum nə cavab verdi?
Sürücü Rahim Məmmədov Baku TV-yə müraciət edərək ona səhvən cərimə yazıldığı barədə şikayətini bildirib.
Onun sözlərinə görə, Şəmkirdə sürət həddi 90 km/saat olan yolda 87 ilə keçsə də, 50 manat məbləğində cərimələnib.
Avtomobili etibarnamə ilə idarə edən sürücü deyir ki, ona maşının sahibinin Yasamal Rayon Polis Şöbəsinə müraciət etməli olduğu bildirilib.
Sürücünün şikayəti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edilərkən texniki xəta səbəbindən onun barəsində yanlış elktron qərar çıxarılıb.
Əlavə edilib ki, məsələ araşdırılaraq texniki xəta aradan qaldırılıb.
Kopyalandı
#Sürücü şikayəti teqi istifadə olunub
- Sürücülər maşın bazarındakı problemdən şikayətləndi - Baku TV CANLI
- "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində sıxlıq | Sürücülər özlərindən çıxdı - Baku TV
- "Maşın gedəndə əzilir, əsas da..." - Bu yoldan normal keçmək niyə müşkülə çevrilib? - Baku TV
- Yol çökməyib, siz "səhv" görürsünüz | Bu problemlərə görə insanlar başını itirir - XÜLASƏ
- 30 ilin sürücüsü niyə çaş-baş qalıb?
