"Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"
Yeniliklərdən dərhal xəbərdar olun
“Qapqara” verilişinin yeni buraxılışının qonağı aktrisa Günəş Mehdizadə olub.
Sənətçi kino və teatr sahəsində açıq-saçıq səhnələrlə bağlı yanaşmasından danışaraq bu cür rolların aktrisanın gələcək karyerasına təsir göstərə biləcəyini bildirib:
“İnsan bu sənətə təzə başlayanda, hələ portfoliosu olmayanda deyirlər ki, açıq səhnələrdə çəkil. Ancaq sonradan sanki üstünə bir damğa vurulur və səni yalnız həmin tipli səhnələrə çağırırlar. Belə hallar olub. Məncə, soyunmaq xatirinə soyunmaq olmamalıdır; bunun obrazda və xarakterdə real səbəbi olmalıdır”.
Aktrisa bəzi ssenarilərdən məhz açıq səhnələr əsaslandırılmadığı üçün imtina etdiyini də qeyd edib:
“Elə ssenarilər olub ki, imtina etmişəm. Baxıram ki, burada heç bir məntiqi səbəb yoxdur – obraz niyə soyunmalıdır? Mənə bunu əsaslandırmalıdırlar. Əgər heç bir səbəb yoxdursa, rejissor bunu sadəcə kadrda görmək istəyirsə, bağışlayın, amma mən bu layihədə yoxam”.
Günəş Mehdizadə cəmiyyətdə qadınların uğurlarının bəzən hansısa kişinin dəstəyi ilə əlaqələndirilməsini haqsızlıq hesab etdiyini deyib. Aktrisa xüsusilə qadının avtomobil almasına münasibətdə bu yanaşmanın özünü göstərdiyini bildirib:
“Bir qadını bahalı avtomobildə görəndə dərhal düşünürlər ki, bu maşını ona kimsə alıb. Niyə? Məgər qadın özü bunu əldə edə bilməz? Halbuki bunu bacaran xanımlarımız kifayət qədərdir. Əgər qadın köklü bir ailədəndirsə və avtomobili ona atası alıbsa belə, heç kəs atanın adını çəkmir; hamı yenə də “bunu ona kimsə alıb” deyə düşünür”.
#Qapqara teqi istifadə olunub
- "Səhnədə dürüst olmaq istəyirsənsə, bu obrazın üçsaatlıq həyatını yaşamalısan" - QAPQARA
- "Özümüzə oxşayan film çəkmirik" | Tərlan Nur Yaşar Azərbaycan kinosundakı problemlərdən danışdı
- "Hər işi süni intellektə gördürəcəyəm" - Fərid Pərdəşünas - QAPQARA
- “Həyatda çox az şeyə peşman olmuşam” | Aparıcıdan şəxsi həyatı ilə bağlı etiraf - QAPQARA
- “O cür aktyorun əlindən nə desən, gələr” | Anasının bir sözü ilə aktyor olan Şövqi Hüseynov
