"Səhnədə dürüst olmaq istəyirsənsə, bu obrazın üçsaatlıq həyatını yaşamalısan" - QAPQARA
“Qapqara” verilişinin yeni buraxılışının qonağı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov olub.
Dünyaşöhrətli tenor sənət həyatı, opera səhnəsindəki obrazlar, rəhbərlik etdiyi teatrda görülən işlər və şəxsi prinsipləri haqqında danışıb.
Səhnədə müxtəlif obrazların həyatını yaşamaqdan danışan Xalq artisti qəhrəmanların xarakterləri ilə bağlı daxili mübarizəsindən söz açıb:
“Səhnədə tamaşaçı ilə səmimi olmalısan və əgər dürüst olmaq istəyirsənsə, bu obrazın 3 saatlıq həyatını yaşamalısan. Amma Yusif Eyvazov həmin xarakterin münasibətini, yaşadığı bəlaları yaşasaydı, necə olardı? İnanın mənə ki, 18 illik karyeramda hələ də bu suala cavab tapa bilmirəm. Çünki qəhrəmanların xasiyyətlərinin bəzi cəhətləri məni çox əsəbiləşdirir, xoşuma gəlmir. Bəzilərinə nifrət belə edirəm”.
Zirvədə olmağın çətinliklərindən danışan tenor hər tamaşada eyni məsuliyyəti daşımağın vacibliyini diqqətə çatdırıb:
“Çalışıram ki, zirvəni düşünməyim, sənətimə, işimə davam edim, səsimin üzərində işləyim. Parisdə, Berlində, Milanda bu ay beş-altı tamaşan varsa, eyni tamaşada birincisini, ikincisini yaxşı ifa etmisənsə, bu o demək deyil ki, üçüncüsünü, dördüncüsünü, beşincisini də yaxşı oxuyacaqsan. Hər dəfə səhnəyə çıxanda sübut etməlisən ki, sən bu yerə layiqsən”.
#Qapqara teqi istifadə olunub
- "Özümüzə oxşayan film çəkmirik" | Tərlan Nur Yaşar Azərbaycan kinosundakı problemlərdən danışdı
- "Hər işi süni intellektə gördürəcəyəm" - Fərid Pərdəşünas - QAPQARA
- “Həyatda çox az şeyə peşman olmuşam” | Aparıcıdan şəxsi həyatı ilə bağlı etiraf - QAPQARA
- “O cür aktyorun əlindən nə desən, gələr” | Anasının bir sözü ilə aktyor olan Şövqi Hüseynov
- “İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?
