Pleyeri seçin:
İşsizlik sığortası kredit ödənişlərini müəyyən müddət qarşılaya bilər - Baku TV
Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə qurumun yarımillik maliyyə sabitliyi hesabatı ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycan bankları tərəfindən müştərilərə işsizlikdən sığorta xidməti məcburi qaydada təqdim olunacaq.
İşçinin öz arzusu ilə işdən çıxması və ya kütləvi ixtisarlar kimi hallar da müvafiq qaydalar çərçivəsində sığorta təminatına daxil ediləcək.
Qeyd olunub ki, bu sahədə iş aparılır və yeni qaydanın ilin sonuna qədər qüvvəyə minməsi nəzərdə tutulur. Kredit alanlar üçün işsizlikdən sığorta hazırda da tətbiq edilir. Vətəndaşların həmin xidmətdən istifadəsi isə könüllüdür.
Bəs kreditlər üzrə işsizlik sığortasının haqqı nə qədərdir? Bu, sığorta olunan şəxsi ümumilikdə hansı risklərdən qoruyur?
Kopyalandı
