Pleyeri seçin:

Sümük iliyinin köçürülməsi artıq yeni klinikada da mümkün olacaq

21 noyabr 2025 502 baxış

Azərbaycanın səhiyyə sistemində yeni bir mərhələ başlayır.

Yeni Klinikada fəaliyyətə başlayan Yeni Robotik Reabilitasiya Mərkəzi və Sümük İliyi Transplantasiyası Mərkəzi artıq həm ölkəyə, həm də regiona xidmət etməyə tam hazırdır.

Yeni mərkəzlərin açılışı münasibətilə noyabrın 20-də təşkil olunan mediaturda TƏBİB-in rəhbərliyi, Yeni Klinikanın kollektivi və media nümayəndələri mərkəzlərlə yaxından tanış olublar. Jurnalistlərə hər iki mərkəzin fəaliyyət istiqamətləri, yeniliklər və planlaşdırılan tibbi xidmətlər barədə geniş məlumat verilib.

3600 kvadratmetrlik ərazini əhatə edən Yeni Robotik Reabilitasiya Mərkəzi ölkədə bu sahədə texnoloji inqilab yaradan ilk mərkəzlərdən biri kimi təqdim olunur. Burada nevrologiya, ortopediya, pediatriya, geriatrik, onkoloji və kardiopulmonar reabilitasiya daxil olmaqla geniş sahələr üzrə xidmət göstəriləcək. Mərkəzdə 3 həkim-fizioterapevt, 4 nevroloq, travmatoloq, təcili tibbi yardım həkimləri, 9 MBT təlimatçısı, 32 fizioterapevt-reabilitoloq və ümumilikdə onlarla tibb işçisi fəaliyyət göstərir.

Mərkəzin Neyrotravma şöbəsində kəllə-beyin və onurğa-beyin travmaları yaşayan, reanimasiyadan çıxmış pasiyentlərin stasionar bərpası həyata keçiriləcək. Robotik sistemlərin tətbiqi reabilitasiya prosesini daha dəqiq, daha təhlükəsiz və daha effektiv edir. Mərkəzin yaxın hədəfi beynəlxalq akreditasiyaların alınması və reabilitasiyada innovativ texnologiyaların daha geniş tətbiqidir.

Yeni Sümük İliyi Transplantasiyası Mərkəzi hemato-onkoloji xəstəliklər üzrə həm autogen, həm də allogen transplantasiyaların beynəlxalq protokollara uyğun şəkildə aparılması üçün qurulub. HEPA filtrasiyalı hava sistemi, tam izolyasiya rejimi və yüksək infeksion nəzarət standartları mərkəzin əsas üstünlüklərindəndir.

Hər iki mərkəz müasir tibbi xidmətlərin ölkədə genişlənməsi, müalicələrin əlçatanlığının artırılması və pasiyentlərə daha yüksək keyfiyyətli tibbi yardımın göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

JAECOO J8 Azərbaycan yollarında sərt sınaqdan keçdi - Baku TV

JAECOO J8 Azərbaycan yollarında sərt sınaqdan keçdi - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 502 baxış
"Heç kəs burada zorakılıq göstərə bilməz" | Tələbələr iddialarla bağlı danışdı - Baku TV

"Heç kəs burada zorakılıq göstərə bilməz" | Tələbələr iddialarla bağlı danışdı - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 502 baxış
"Onların etdiyi zülm idi" | Yəhya Bakuviyə həsr olunmuş konfrans Ağdamda davam edir - Baku TV

"Onların etdiyi zülm idi" | Yəhya Bakuviyə həsr olunmuş konfrans Ağdamda davam edir - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 502 baxış
Əhalinin nəzərinə | Hava şəraiti sizi yenə çaşbaş qoyacaq? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hava şəraiti sizi yenə çaşbaş qoyacaq? - Baku TV CANLI

Cəmiyyət
16 sentyabr 2026 502 baxış
"Yemək yoxdur, toz-torpağın içindəyik" | TIR sürücüləri niyə 2 həftədir növbə gözləyir? - Baku TV

"Yemək yoxdur, toz-torpağın içindəyik" | TIR sürücüləri niyə 2 həftədir növbə gözləyir? - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 502 baxış
ADMİU tələbələri ilə bağlı sensasiya yaradan görüntülər - Baku TV CANLI

ADMİU tələbələri ilə bağlı sensasiya yaradan görüntülər - Baku TV CANLI

Cəmiyyət
16 sentyabr 2026 502 baxış
Mərdanov qardaşları küçəsində nə baş verir?

Mərdanov qardaşları küçəsində nə baş verir?

Cəmiyyət
16 sentyabr 2026 502 baxış
“Ağacla gəzirəm, mümkün deyil axı orada...” | Əmircan sakinləri təşviş içində - Baku TV

“Ağacla gəzirəm, mümkün deyil axı orada...” | Əmircan sakinləri təşviş içində - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 502 baxış
Bakıda maşın yolunu zəbt etdilər, sakinlər özündən çıxdı - Baku TV

Bakıda maşın yolunu zəbt etdilər, sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 502 baxış
Canlı yayımda dəhşətə gətirən söhbət | ADMİU-da qalmaqal | "Orada etdiklərini hamı bilir" - Baku TV

Canlı yayımda dəhşətə gətirən söhbət | ADMİU-da qalmaqal | "Orada etdiklərini hamı bilir" - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 502 baxış
Seçilmişlər
icon