“Ləhiş bağları”nda torpaq üstündə mübahisə | Vətəndaşların tikililəri niyə sökülüb? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Sabunçu rayonu, “Ləhiş bağları”nda torpaq mübahisəsi yaşanır.
Bir qrup vətəndaş onlara məxsus torpaq sahələrinin zəbt edildiyini, tikililərinin söküldüyünü və ərazidə qanunsuz yol çəkildiyini iddia edir.
Şikayətçilərin sözlərinə görə, həmin bağlar ailələrinə ulu babalarından miras qalıb. Onlar torpaq sahələrinin tarixinin 100-200 il əvvələ gedib çıxdığını, lakin bəzi şəxslərin saxta sənədlər hazırlayaraq əraziləri öz adlarına rəsmiləşdirdiklərini bildirirlər.
Şikayətçi Dilşad Paşayeva iddia edir ki, ailələrinin torpaq sahəsinə dair 1886-cı ilə aid arxiv sənədi mövcuddur. Onun sözlərinə görə, 1966-cı ildə ailə üzvlərinə ümumilikdə 25 sot torpaq sahəsi ayrılıb:
“Anadan olandan bu bağlarda böyümüşük. Bağlar, əslində, ulu babamızdan qalıb. 1886-cı ilə aid arxiv sənədi də bunu təsdiqləyir. Atam burada üzüm bağları salıb. Gördüyünüz bu ərazilər bizim üzümlük sahələrimiz olub”.
Şikayətçi iddia edir ki, sonradan qonşuları tərəfindən torpaq sahələrinin bir hissəsi hasarlanıb, bağların sxematik xəritəsində göstərilməyən yol çəkilib. Onun sözlərinə görə, əraziyə qaz və elektrik xətlərinin çəkilməsi zamanı da bağlara ziyan dəyib.
Dilşad Paşayeva bildirib ki, 7 ildir torpaq mübahisəsi ilə bağlı məhkəmələrə müraciət etsə də, mübahisəli sahələrin koordinatlarını əldə edə bilmir:
“Böyük bir torpaq sahəsini qanunsuz hasarladıqdan sonra öz həyətlərindəki əraziləri də sənədləşdiriblər. Hasarladıqları sahədə öz istədikləri kimi koordinatlar müəyyənləşdiriblər. Mən 7 ildir məhkəmələrdə gəzirəm, amma daşınmaz əmlakın əməkdaşlarından koordinatları ala bilmirəm. Dəfələrlə məhkəmə sorğuları göndərilsə də, nəticə əldə edə bilmirik”.
#Sabunçu rayonu teqi istifadə olunub
- "İçki məclisi qurublar, sonra..." - Bilgəhdə qanlı hadisə | 74 yaşlı kişi bıçaqlandı - Baku TV
- Sabunçu sakinlərinin yağış dərdi | Su altında qalan yollar nə vaxt qurudulacaq? - Baku TV
- "Atırlar bir-birinin boynuna, həyət-baca su içindədir" | Ramana sakinləri çıxılmaz durumda - Baku TV
- Yeni Ramanada köhnə problem | Yarımçıq qalan iş yenidən narazılıq yaradıb - Baku TV
- “Bu cür havada yol keçilməzdir” - Yeni Ramanada köhnə problem: işlər niyə yarımçıq qaldı? - Baku TV
