“Bu cür havada yol keçilməzdir” - Yeni Ramanada köhnə problem: işlər niyə yarımçıq qaldı? - Baku TV
Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində yollarla bağlı problem yenidən gündəmə gəlib.
Qara Qarayev küçəsindən Baku TV-nin qaynar xəttinə daxil olan şikayət artıq ikinci dəfədir ki, işıqlandırılır.
Sakinlərin sözlərinə görə, ötən ay məsələ ilə bağlı çəkilişdən sonra aidiyyəti qurumlar əraziyə baxış keçirib və küçənin bir hissəsində asfaltlanma işləri aparılıb. Lakin yolun yalnız yuxarı hissəsi asfaltlanıb, aşağı hissə isə əvvəlki kimi asfaltsız qalıb. Yağışlı havalarda isə küçə keçilməz vəziyyətə düşür.
Sakinlər bildirirlər ki, ərazidə yaşayanların böyük hissəsi yaşlı və xəstə insanlardır. Onların sözlərinə görə, yolun vəziyyəti təcili tibbi yardım avtomobillərinin ünvana çatmasını da çətinləşdirir.
Sakinlər həmçinin qeyd edirlər ki, yolun bir hissəsini öz hesablarına asfaltlatdırıblar. Onların sözlərinə görə, yolun bərpası ilə bağlı aidiyyəti qurumlara bir neçə ildir müraciət etsələr də, problem tam həllini tapmayıb.
#Sabunçu rayonu teqi istifadə olunub
- TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI
- Maştağada qandonduran hadisə | Özündən çıxan 21 yaşlı oğlan görün nə etdi - Baku TV
- Yolu qısaltmaq cəhdi 3 nəfərə baha başa gəldi - Baku TV
- "Ödəməyən qışqırır!" | Sakinlərin başına oyun açdılar? - "Pulları yığdı, aradan çıxdı" - Baku TV
- Sabunçuda su kollektorunda qəza | ADSEA-nın əməkdaşı problemlə bağlı danışdı - Baku TV
