Pleyeri seçin:

70 yaşlı Azərbaycan Televiziyası dünəndən bu günə | "Sosial layihələr reytinq savaşında..."

14 fevral 2026 380 baxış

Baku TV Azərbaycan televiziyasının fəaliyyətə başlaması ilə bağlı reportaj hazırlayıb.

Bu günün tarixçəsi 1956-cı ilə, Bakı televiziyasının efirə ilk dəfə çıxdığı günə dayanır. İlk dəfə ekranda "Diqqət! Göstərir Bakı" sözlərini səsləndirən gözəl aktrisa Nəcibə Məlikova olub. Bu tarixi gündən sonra televiziya tamaşaçıları yalnız səs deyil, həm də şəkil görməyə başladılar.

İlk yayım "Bəxtiyar" filmi olsa da, ötürücü cihazlarda yaşanan siqnal problemləri səbəbindən film səssiz şəkildə yayımlandı. Lakin bu problemlər 1957-ci ildə 180 metrlik yeni televiziya qülləsinin istifadəyə verilməsi ilə həll olundu.

Başlanğıcda həftədə iki dəfə, sonra isə üç dəfə 2 saatlıq yayımlar edən Bakı Televiziya Studiyası zamanla Azərbaycan Televiziyasına çevrildi. Bu dövrdə verilişlərin sayı artdı, amma televiziya hələ də yeni bir sahə olduğundan mütəxəssis tapmaq çətin idi.

Rejissor, Xalq artisti Ramiz Həsənoğlu bu barədə belə danışıb:

"Əvvəllər yalnız bir televiziya var idi və bütün gözlər ona yönəlmişdi. Bu səbəbdən proqram siyasəti məhdud və ciddi idi. Amma indi zaman dəyişib və kanalların sayı çoxalıb. Hər bir kanal özünü daha cazibədar etmək üçün reklam verənləri cəlb etməyə çalışır".

Aparıcı Tural Əsədovun sözlərinə görə, o dövrdə məşhurlara olan maraq çox idi:

"Onlar ağıllı danışırdılar və bu, insanlara təsir edirdi".

Aparıcı Zaur Baxşəliyev isə sosial layihələrin əhəmiyyətindən danışıb:

"90-cı illərdə Şuşadan məcburi köçkün düşəndə çox çətin bir dövr yaşadıq. O dövrdə hər zaman gözün qapıda olurdu ki, bir yardım gələcək. Mənim üçün sosial layihələr cəmiyyətin aynasıdır. Ən mənfi tərəf isə sosial layihələrin reytinq savaşına çevrilməsidir. Bu, cəmiyyətə mənfi təsir göstərir".

Beş gündür oradayam, incidirdilər, qoymurdular keçməyə | Təxliyə olunan şəxslər danışdı - Baku TV

Beş gündür oradayam, incidirdilər, qoymurdular keçməyə | Təxliyə olunan şəxslər danışdı - Baku TV

Cəmiyyət
08 mart 2026 380 baxış
Şəkərin yarada biləcəyi xərçəng növləri

Şəkərin yarada biləcəyi xərçəng növləri

Cəmiyyət
08 mart 2026 380 baxış
On gündən çoxdur İran sərhədində qalmışıq | TIR sürücüsü baş verənlərdən danışdı - Baku TV

On gündən çoxdur İran sərhədində qalmışıq | TIR sürücüsü baş verənlərdən danışdı - Baku TV

Cəmiyyət
08 mart 2026 380 baxış
Novruz bayramında bölgələrdə tətil qiymətləri | Ekspertlərdən açıqlama - Baku TV

Novruz bayramında bölgələrdə tətil qiymətləri | Ekspertlərdən açıqlama - Baku TV

Cəmiyyət
08 mart 2026 380 baxış
Belə gəlin-qayınana heç yerdə görməmisiniz | "İnşallah, atam bunları görməz” - ARZUNUN VAXTI

Belə gəlin-qayınana heç yerdə görməmisiniz | "İnşallah, atam bunları görməz” - ARZUNUN VAXTI

Cəmiyyət
07 mart 2026 380 baxış
II Qadın Liderləri Zirvəsi keçirildi

II Qadın Liderləri Zirvəsi keçirildi

Cəmiyyət
07 mart 2026 380 baxış
“Qadını məşhur etmək daha asandır” - Anar Mədətov müğənnilərin hansı sirlərini açıb-tökdü? - QAPQARA

“Qadını məşhur etmək daha asandır” - Anar Mədətov müğənnilərin hansı sirlərini açıb-tökdü? - QAPQARA

Cəmiyyət
07 mart 2026 380 baxış
Novruzdan əvvəl yas mərasimi niyə bitirilməlidir? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Novruzdan əvvəl yas mərasimi niyə bitirilməlidir? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Cəmiyyət
07 mart 2026 380 baxış
Ramazan ayının 18-ci gününün duası - Baku TV

Ramazan ayının 18-ci gününün duası - Baku TV

Cəmiyyət
07 mart 2026 380 baxış
Bakının özünəməxsus məhəlləsi | “Xutor” sakinləri Baku TV-yə danışdı - Baku TV

Bakının özünəməxsus məhəlləsi | “Xutor” sakinləri Baku TV-yə danışdı - Baku TV

Cəmiyyət
07 mart 2026 380 baxış
Seçilmişlər
icon