Pleyeri seçin:

"Buna nə deyəcəklər?!" - Dənizin sahilində qəribə mənzərə | "Hamısı zəhərlənib" - Baku TV

02 aprel 2026 397 baxış

Xəzər dənizinin Lənkəran sahilində son günlər müşahidə olunan mənzərə sakinlər arasında narahatlıq yaradıb.

Sahilboyu ərazilərdə xırda mazut parçalarının üzə çıxması qeydə alınıb.

“İranda müharibə başlayandan təxminən üç gün sonra bu hal müşahidə olunmağa başladı. Sahilə mazut çıxıb. Mazut həm quşların, həm heyvanların, həm də balıqların kütləvi qırılmasına səbəb olan amildir. Hazırda balıq yoxdur. Balıqlar hamısı sahildən uzaqlaşıb, zəhərlənib məhv olur”, – sakinlərdən biri bildirib.

Ekoloq Nazim Məmmədov isə qeyd edib ki, hazırda müşahidə olunan ləkənin yaranması təbii proseslərlə bağlı ola bilər:

“Qrifonlar dərin qatlarda səthə çıxan üzvi karbohidrogenlərdir. Tektonik proseslər nəticəsində laylarda boşalmalar yaranır. Süxurların aşınması və layların yerdəyişməsi zamanı həmin üzvi karbohidrogenlər dəniz səthinə çıxır. Daha sonra onlar dənizin dibində mexaniki qarışıqlarla çöküntü şəklində qalır və su axınları, eləcə də yüksək dalğaların təsiri ilə sahilə çıxır”.

Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, sözügedən ərazidə monitorinq aparılıb:

“Monitorinq zamanı vizual olaraq suda neft ləkələri müşahidə edilməyib, lakin dəqiq nəticələr üçün sahildən su nümunələri götürülərək analizlərin aparılması məqsədilə Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyaya təqdim edilib. Analiz nəticələrinin təhlilindən sonra ictimaiyyətə geniş məlumat veriləcək”.

ADY-dən vacib yenilik: Biletləri daha erkən almaq mümkün olacaq - Baku TV

ADY-dən vacib yenilik: Biletləri daha erkən almaq mümkün olacaq - Baku TV

Cəmiyyət
07 avqust 2026 397 baxış
Sürücülərin nəzərinə | Paytaxtda daha üç küçədə təmir başlandı - Baku TV

Sürücülərin nəzərinə | Paytaxtda daha üç küçədə təmir başlandı - Baku TV

Cəmiyyət
06 avqust 2026 397 baxış
Bakı–Tbilisi qatarı ilə səyahət edənlərin nəzərinə | Sərnişinlər üçün böyük güzəşt - Baku TV CANLI

Bakı–Tbilisi qatarı ilə səyahət edənlərin nəzərinə | Sərnişinlər üçün böyük güzəşt - Baku TV CANLI

Cəmiyyət
06 avqust 2026 397 baxış
"Səhnəyə döyüşçü kimi çıxıram" | Xalq artisti Fidan Hacıyevanın taleyini dəyişdirən obraz hansı idi?

"Səhnəyə döyüşçü kimi çıxıram" | Xalq artisti Fidan Hacıyevanın taleyini dəyişdirən obraz hansı idi?

Cəmiyyət
06 avqust 2026 397 baxış
Çökmüş yol, dərin çuxurlar | Biləcəridə qəza riski yaradan yol - Baku TV

Çökmüş yol, dərin çuxurlar | Biləcəridə qəza riski yaradan yol - Baku TV

Cəmiyyət
06 avqust 2026 397 baxış
Belə işlətmək olmaz | Poverbankla bağlı xəbərdarlıq | Hansı hallarda təhlükəlidir? - Baku TV

Belə işlətmək olmaz | Poverbankla bağlı xəbərdarlıq | Hansı hallarda təhlükəlidir? - Baku TV

Cəmiyyət
06 avqust 2026 397 baxış
"Azərişıq" Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır - Baku TV CANLI

"Azərişıq" Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır - Baku TV CANLI

Cəmiyyət
06 avqust 2026 397 baxış
Dövlət Komitəsi vahid aylıq müavinət ödənişi ilə bağlı məsələyə aydınlıq gətirdi - Baku TV CANLI

Dövlət Komitəsi vahid aylıq müavinət ödənişi ilə bağlı məsələyə aydınlıq gətirdi - Baku TV CANLI

Cəmiyyət
06 avqust 2026 397 baxış
"Elə şərtlər qoyulub ki..." | Qəza zamanı avtomobillər niyə kənara çəkilmir? - Baku TV

"Elə şərtlər qoyulub ki..." | Qəza zamanı avtomobillər niyə kənara çəkilmir? - Baku TV

Cəmiyyət
06 avqust 2026 397 baxış
Küləkli hava ilə bağlı xəbərdarlıq | Bunlara diqqət edin

Küləkli hava ilə bağlı xəbərdarlıq | Bunlara diqqət edin

Cəmiyyət
06 avqust 2026 397 baxış
Seçilmişlər
icon