Pleyeri seçin:

Çökmüş yol, dərin çuxurlar | Biləcəridə qəza riski yaradan yol - Baku TV

06 avqust 2026

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 10 may və Xırman küçələrinin kəsişməsində yolun vəziyyəti sakinlərin narazılığına səbəb olub.

Onların sözlərinə görə, küçənin giriş hissəsində asfalt örtüyü tamamilə dağılıb, kanalizasiya quyusunun ətrafında isə çökmələr yaranıb. Bu səbəbdən avtomobillərə mütəmadi olaraq ziyan dəyir.

Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında əraziyə baxış keçirilib.

Sakinlər bildirirlər ki, yaranmış çuxurlar səbəbindən hər gün bir neçə avtomobil müxtəlif nasazlıqlarla üzləşir. Belə ki, bəzi nəqliyyat vasitələrinin diskləri əyilir, təkərləri partlayır, asqı sisteminə ziyan dəyir.

Problemin gecə saatlarında daha da təhlükəli olduğu qeyd olunur. Küçənin işıqlandırmasının zəif olması səbəbindən sürücülər çuxurları vaxtında görə bilmir. Bəzi sürücülər çuxurlardan yayınmaq üçün qarşı zolağa çıxır ki, bu da tıxac və qəza riskini artırır.

Sakinlərin sözlərinə görə, yolun bu vəziyyətə düşməsinin əsas səbəblərindən biri iritonnajlı yük avtomobillərinin həmin küçədən istifadə etməsidir.

Onlar məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də həll olunmayıb.

Belə işlətmək olmaz | Poverbankla bağlı xəbərdarlıq | Hansı hallarda təhlükəlidir? - Baku TV

Belə işlətmək olmaz | Poverbankla bağlı xəbərdarlıq | Hansı hallarda təhlükəlidir? - Baku TV

Cəmiyyət
06 avqust 2026
"Azərişıq" Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır - Baku TV CANLI

"Azərişıq" Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır - Baku TV CANLI

Cəmiyyət
06 avqust 2026
Dövlət Komitəsi vahid aylıq müavinət ödənişi ilə bağlı məsələyə aydınlıq gətirdi - Baku TV CANLI

Dövlət Komitəsi vahid aylıq müavinət ödənişi ilə bağlı məsələyə aydınlıq gətirdi - Baku TV CANLI

Cəmiyyət
06 avqust 2026
"Elə şərtlər qoyulub ki..." | Qəza zamanı avtomobillər niyə kənara çəkilmir? - Baku TV

"Elə şərtlər qoyulub ki..." | Qəza zamanı avtomobillər niyə kənara çəkilmir? - Baku TV

Cəmiyyət
06 avqust 2026
Küləkli hava ilə bağlı xəbərdarlıq | Bunlara diqqət edin

Küləkli hava ilə bağlı xəbərdarlıq | Bunlara diqqət edin

Cəmiyyət
06 avqust 2026
Kəndin yeganə məscidində dəhşətli mənzərə | "Heç kim buradan götürə bilməz" - Baku TV

Kəndin yeganə məscidində dəhşətli mənzərə | "Heç kim buradan götürə bilməz" - Baku TV

Cəmiyyət
06 avqust 2026
FHN-dən küləkli hava ilə bağlı əhaliyə vacib xəbərdarlıq - Baku TV

FHN-dən küləkli hava ilə bağlı əhaliyə vacib xəbərdarlıq - Baku TV

Cəmiyyət
06 avqust 2026
Çəkilişi görəndə aradan çıxdı | “Koroğlu” metrosunun yaxınlığındakı qanunsuzluğun ifşası - Baku TV

Çəkilişi görəndə aradan çıxdı | “Koroğlu” metrosunun yaxınlığındakı qanunsuzluğun ifşası - Baku TV

Cəmiyyət
06 avqust 2026
“Cərimələr müəyyənləşib” | Sosial şəbəkə qadağaları uşaqları təhlükədən qoruya biləcək? - Baku TV

“Cərimələr müəyyənləşib” | Sosial şəbəkə qadağaları uşaqları təhlükədən qoruya biləcək? - Baku TV

Cəmiyyət
06 avqust 2026
Yay fəslindən sonra radiator niyə təmizlənməlidir?

Yay fəslindən sonra radiator niyə təmizlənməlidir?

Cəmiyyət
06 avqust 2026
Seçilmişlər
icon