“Bar-bar bağırdı ki, mən sənin...” | Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!" - Baku TV
Xaricdə təhsil xidmətləri göstərən "Pilgrim Edu" şirkəti ilə bağlı vətəndaşların şikayətləri artmaqda davam edir.
Şikayətçilər bildirirlər ki, şirkət onlardan xaricdə təhsil vədi ilə pul alsa da, öhdəliklərini yerinə yetirməyib və ödənilən vəsaiti geri qaytarmayıb.
Zərərçəkənlərdən Aliyə Xalidovanın sözlərinə görə, o, 7 oktyabr 2023-cü il tarixində şirkətlə müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkət onun sənədlərini hazırlayaraq xarici universitetlərə təqdim etməli idi. Lakin iddiaya görə, bu proses həyata keçirilməyib.
A.Xalidova bildirir ki, daha sonra şirkət tərəfindən ödənilən vəsaitin geri qaytarılması ilə bağlı akt imzalansa da, sənəddə göstərilən tarixlərdə ödəniş edilməyib.
"Bizə susmağımız deyilsə də, haqqımızı tələb etməkdən vaz keçməyəcəyik. Geri ödənişlə bağlı akt imzalanıb, tarix müəyyən edilib, amma həmin tarixlərdə pul qaytarılmayıb. Şirkət əməkdaşları ilə əlaqə saxlamaq isə mümkün deyil", – deyə o qeyd edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, vətəndaşların müraciətləri əsasında şirkətin fəaliyyəti ilə bağlı müvafiq polis orqanında araşdırma aparılır. Araşdırmanın nəticəsinə əsasən hüquqi qiymətləndirmə aparılacaq.
