Pleyeri seçin:

Biləcəri sakinləri ayağa qalxdı | Yol problemi niyə həllini tapmır? - Baku TV

26 iyul 2026 319 baxış

Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında əməkdaşlar Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində olublar.

Vətəndaşların sözlərinə görə, mayın 7-də ərazidə yolun çökməsi baş verib və müvafiq qurumlar tərəfindən problem qısa müddətdə aradan qaldırılıb. Lakin müəyyən vaxt keçdikdən sonra həmin hissənin yaxınlığında yenidən çökmə qeydə alınıb.

Sakinlər bildirirlər ki, üç aya yaxındır problem həll olunmayıb. Nəticədə, iki avtomobilin eyni vaxtda hərəkət edə bildiyi yolun bir hissəsi bağlanıb. Sürücülər maneəni keçmək üçün qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkət etməyə məcbur qalırlar. Bu isə ərazidə sıxlıq və tıxacın yaranmasına səbəb olur.

“Axşam saat 6-dan sonra gəlib buranı çəkin, görün tıxac hara qədər uzanır”, – deyə sürücülərdən biri bildirib.

Başqa bir sürücü isə yaranmış vəziyyətdən əziyyət çəkdiklərini deyib:

“Zülm çəkirik, evimizə gedə bilmirik. Bura yeganə yoldur. Bezmişik. Bir-iki aya yaxındır vəziyyət belədir”.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ərazidə istismar müddətini başa vurmuş, diametri 1000 millimetr olan tullantı su xəttinin bir neçə hissəsində çökmələr qeydə alınıb.

Bakı Sukanal İdarəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Çökmələrin baş verdiyi hissələrdə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hazırda mövcud kollektorun əvəzinə 750 metr uzunluğunda yeni kollektorun tikintisi ilə bağlı layihə hazırlanıb. Müvafiq icazələr alındıqdan sonra yaxın günlərdə yeni xəttin inşasına başlanılması nəzərdə tutulur.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 319 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 319 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 319 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 319 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 319 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 319 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 319 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 319 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 319 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 319 baxış
Seçilmişlər
icon