"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR
Yeniliklərdən dərhal xəbərdar olun
“O vaxtlar” verilişinin budəfəki qonağı Novxanı sakini Rövşən İbrahimov olub.
Rövşən İbrahimov verilişdə uşaqlıq illərindən, Novxanının qədim adət-ənənələrindən, keçmişin səmimi münasibətlərindən danışıb.
Həyat yoldaşının vəfatından sonra yaşadığı çətin günlər, evdəki xatirələri və mütəmadi olaraq onun qəbrini ziyarət etməsindən söz açan Rövşən İbrahimov hisslərini bölüşüb:
“Həyat yoldaşım rəhmətə gedəndən sonra evdə onun şəklini qoymamışam. Pis oluram, dözə bilmirəm. Hər dəfə mənə onun videosunu göstərəndə deyirəm ki, göstərməyin. Mən də gedəcəyəm yanına, amma hələ indi yox. Hələ nəvələrimə lazımam, onlara xeyrim dəyməlidir. Getmədiyim həftə yoxdur, hər zaman qəbrini ziyarət edirəm. Sağlığında da hər zaman ona dəstək olmağa çalışmışdım, xəstəliyə qalib gəlməsi üçün əlimdən gələni edirdim. İndi də ruhuna sadiq qalır, onunla mənəvi bağımı qoruyuram”.
Həyat yoldaşının vəfatından sonra yenidən ailə qurmaq istəmədiyini və ömrünün qalan hissəsini övladlarına, nəvələrinə həsr etdiyini bildirən Rövşən İbrahimov bu qərarının səbəblərini də açıqlayıb:
“Çox istədilər ki, yenidən evlənim, razılıq vermədim. Mən həyat təcrübəsində görmüşəm ki, ikinci həyat yoldaşları çox vaxt maddiyyat arxasınca gəlirlər. Amma o mənim sadəcə həyat yoldaşım yox, mənəviyyat yoldaşım olub. Onunla keçirdiyimiz illər, bir-birimizə olan sədaqət hər şeydən üstündür. Ömrümün qalan hissəsini uşaqlarıma, nəvələrimə və onun xatirəsinə sadiq qalaraq yaşayıram”.
#O vaxtlar teqi istifadə olunub
- "Gərək arvadın sözünə 30 faiz qulaq asasan" | "Bərk vurub dedi ki, mənə elçi göndərmisən?"
- "Qayınanam "kapriznıy" idi, kaş başqa cür danışardım" | "Uşaq qız olanda ağız büzürdülər"
- “Bu dövrdə kim anasına baxır?!” | “Atasını güllələdilər, qayınanam da 114 yaşında...” - O VAXTLAR
- Novxanı sakini 80 illik ömründə nədən peşmandır? - “Evlənəndə qızıma dedim ki...” - O VAXTLAR
- "Arvadıma verdiklərimin tayı-bərabəri yoxdur" | Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı
