Cəmiyyət
Pleyeri seçin:

Göygöldə baş verən dəhşətli qəzadan dərs alındımı?

02 may 2019 5053 baxış

Aprelin 29-da Göygöldə baş verən dəhşətli yol qəzası eşidən-bilən hər kəsi sarsıtdı. Daşkəsən-Gəncə-Göygöl yolunun Yeni Qızıllca kəndindən keçən hissəsində minik maşınlarının toqquşması 8 nəfərin ölümünə səbəb oldu. Neçə evə, neçə ürəyə od salan bu hadisə təəssüf ki, lazımi tədbirlərin görülməsi ilə nəticələnməyib.

Hadisə dəhşətli olsa da təəssüf ki, ağır qəzadan lazımi dərs çıxarılmayıb.

Bu gün də Daşkəsən-Gəncə-Göygöl yolunun Yeni Qızıllca kəndindən keçən hissəsində, məhz qəza baş verən ərazidə apardığımız müşahidələr onu deməyə əsas verir ki, potensial təhlükə hələ də qalmaqdadır. Düzdür, ərazidə yol nişanları var. Yaşayış massivi olduğu üçün yol nişanlarında sürət həddi də göstərilib. Lakin nə yol nişanlarına əməl edən sürcülər tapılır, nə də ki, bu sürücülər barəsində lazımi ölçü götürənlər.

Kənd sakinləri bildirir ki, məlum hadisədən öncə də, bu yolda ağır qəzalar qeydə alınıb. Sakinlər tələb edirlər ki, yola sürət həddini müəyyənləşdirən radarlar qoyulsun.

Apardığımız müşahidələr də göstərdi ki, yolun Yeni Qızıllca kəndindən keçən hissəsində avtomobillər həqiqətən də yüksək sürətlə hərəkət edir. Təxminən, 1 saatlıq müşahidələrimiz zamanı bu yolda dövlət yol polisi əməkdaşlarına da rast gəlmədik.

Üstəlik, yolun yaxınlığında məktəb var. Gün ərzində şagirdlər, müəllim və valideynlər yolu keçərkən təhlükə ilə qarşı-qarşıya qalırlar. Bu fakt da özlüyündə yaşana biləcək oxşar faciələrin xəbərçisidir. Hər halda 8 nəfərin ölümü ilə nəticələnən son hadisədə necə ağır nəticələrin yarandığını gördük. Ümid edirik ki, ağır qəzaların qarşısının alınması istiqamətində hər kəs üzərinə düşən məsuliyyəti hiss edib, vəzifəsini yerinə yetirəcək.

Nazir Quliyev

Kopyalandı
Hövsan sakinlərinin kanalizasiya problemi | Xəcalətdən çölə çıxa bilmirik

Hövsan sakinlərinin kanalizasiya problemi | Xəcalətdən çölə çıxa bilmirik

Cəmiyyət
10 may 2024 5053 baxış
Bu gün ARB telekanalının 10 yaşı tamam olur

Bu gün ARB telekanalının 10 yaşı tamam olur

Cəmiyyət
10 may 2024 5053 baxış
Qazaxın təsərrüfat sahibləri acınacaqlı vəziyyətdə | Qurum nə deyir?

Qazaxın təsərrüfat sahibləri acınacaqlı vəziyyətdə | Qurum nə deyir?

Cəmiyyət
10 may 2024 5053 baxış
Heydər Əliyevə şəkil çəkdirmək istəyirəm deyəndə… | Laçınlı nənənin xatirələri

Heydər Əliyevə şəkil çəkdirmək istəyirəm deyəndə… | Laçınlı nənənin xatirələri

Cəmiyyət
10 may 2024 5053 baxış
Bakıda təhlükə saçan hotel | Özbaşınalığı ifşa etdik

Bakıda təhlükə saçan hotel | Özbaşınalığı ifşa etdik

Cəmiyyət
10 may 2024 5053 baxış
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi

Cəmiyyət
10 may 2024 5053 baxış
Xaçmazda ağacəkmə aksiyası | Heydər Əliyevin xatirəsini belə yad etdilər

Xaçmazda ağacəkmə aksiyası | Heydər Əliyevin xatirəsini belə yad etdilər

Cəmiyyət
10 may 2024 5053 baxış
Heydər Əliyev "Mozalan" yaradılanda necə reaksiya verdi? - ARAŞDIRMA

Heydər Əliyev "Mozalan" yaradılanda necə reaksiya verdi? - ARAŞDIRMA

Cəmiyyət
10 may 2024 5053 baxış
Amerikalılar buna görə Bakıya gələcək | Qurban Yetirmişli danışdı

Amerikalılar buna görə Bakıya gələcək | Qurban Yetirmişli danışdı

Cəmiyyət
10 may 2024 5053 baxış
Yelkənçilərin iştirakı ilə Heydər Əliyevə həsr olunmuş parad təşkil olundu

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevə həsr olunmuş parad təşkil olundu

Cəmiyyət
10 may 2024 5053 baxış
Seçilmişlər
icon