Pleyeri seçin:

Heydər Əliyev "Mozalan" yaradılanda necə reaksiya verdi? - ARAŞDIRMA

10 may 2024 220 baxış

İncəsənətin bütün sahələrində olduğu kimi, milli kinomuzun inkişafında da Ulu Öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Azərbaycan kinosu bu qayğını və dəstəyi Ulu Öndər hələ Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etdiyi dövrdə görüb.

Hələ ötən əsrin 50-ci illərində Heydər Əliyev İkinci Dünya müharibəsində əsir düşmüş əfsanəvi partizan Mehdi Hüseynzadə ilə bağlı qadağa¬ların aradan götürülməsinə nail olub.

1966-cı ildə Əlisəttar Atakişiyev quruluş verdiyi “İstintaq davam edir” filmində Oqtay Çingizov obrazı ilə Heydər Əliyevin prototipini yaradır. Xalq artisti Kamal Xudaverdiyevin canlandırdığı bu obrazın timsalında Azərbaycan çekistlərinin fəaliyyətinin nəticəsində xarici kəşfiyyatın təxribatının üstü məharətlə açılır.

1969-cu ildə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Eldar Quliyevin çəkdiyi “Bir cənub şəhərində” filmi daxili baxışdan sonra Dövlət Kinematoqrafiya Komitəsində ciddi tənqid edilir və filmin nümayişinə qadağa qoyulur. Həmin ildə Heydər Əliyev Azərbaycan SSR Mərkəzi Komitəsinə birinci katib təyin olunur. Film haqqında eşidən ulu öndərin bəlkə də bu vəzifədə ilk işlərindən biri “Bir cənub şəhərində” filmini tamaşaçıya qaytarmaq olur.

Həydər Əliyev həm də “Mozalan” jurnalının əsas təşəbbüskarı olub. O, yeni formalaşan yaradıcı heyətin işini daim diqqətdə saxlayıb. Kinojurnalın baş redaktoru Eyvaz Borçalının sözlərinə görə, bəzi süjetlərin mövzularından razı qalmırdılar. Amma birinci şəxs – Heydər Əliyev “Mozalan”ı həmişə müdafiə edirdi.

Heydər Əliyev Rasim Ocaqov yaradıcılğına xüsusi önəm verirdi. Onun “Ad günü” filmi Ulu Öndərin ən çox bəyəndiyi filmlərdən idi.

Heydər Əliyev Musiqili Komediya Teatrında “Qayınana” tamaşasına baxmışdı. Nəsibə Zeynalovanın ustalığını görəndən sonra “Bu tamaşanı filmə çəkin” demişdi. Məhz Heydər Əliyevin təklifi ilə “Qayınana” filmi çəkildi. 

Menstruasiya pozuntularının səbəbi | Hormonal disbalans hansı əlamətlərlə özünü göstərir? - BAKU MED

Menstruasiya pozuntularının səbəbi | Hormonal disbalans hansı əlamətlərlə özünü göstərir? - BAKU MED

Cəmiyyət
07 fevral 2026 220 baxış
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür - Baku TV

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür - Baku TV

Cəmiyyət
07 fevral 2026 220 baxış
"Vurub ortaya salırdılar" | 90 yaşlı Xavər nənə rəqqasə və müğənni olanda nələr yaşayıb? - O VAXTLAR

"Vurub ortaya salırdılar" | 90 yaşlı Xavər nənə rəqqasə və müğənni olanda nələr yaşayıb? - O VAXTLAR

Cəmiyyət
06 fevral 2026 220 baxış
Avtomobillərlə bağlı gözlənilməz qadağa | "Həm təhlükəlidir, həm də..." - Baku TV

Avtomobillərlə bağlı gözlənilməz qadağa | "Həm təhlükəlidir, həm də..." - Baku TV

Cəmiyyət
06 fevral 2026 220 baxış
"Su yuyub-aparıb, vallah, dəhşətdir!" | Həyatı iflic olan sakinlərin şikayəti  - Baku TV

"Su yuyub-aparıb, vallah, dəhşətdir!" | Həyatı iflic olan sakinlərin şikayəti - Baku TV

Cəmiyyət
06 fevral 2026 220 baxış
Qəbələdən gözoxşayan qış mənzərəsi

Qəbələdən gözoxşayan qış mənzərəsi

Cəmiyyət
06 fevral 2026 220 baxış
Şamaxı-İsmayıllı yolunda qatı duman

Şamaxı-İsmayıllı yolunda qatı duman

Cəmiyyət
06 fevral 2026 220 baxış
Müasir uşaqlar niyə daha tez böyüyür, amma boyu qısa qalır? - AKTUAL GÜNDƏM

Müasir uşaqlar niyə daha tez böyüyür, amma boyu qısa qalır? - AKTUAL GÜNDƏM

Cəmiyyət
06 fevral 2026 220 baxış
Hərbi cinayətlərdə ittiham olunan 15 Ermənistan vətəndaşına hökm oxunub - Baku TV

Hərbi cinayətlərdə ittiham olunan 15 Ermənistan vətəndaşına hökm oxunub - Baku TV

Cəmiyyət
06 fevral 2026 220 baxış
"Networking Azerbaijan" biznes klubunun qala gecəsi keçirilib - Baku TV

"Networking Azerbaijan" biznes klubunun qala gecəsi keçirilib - Baku TV

Cəmiyyət
05 fevral 2026 220 baxış
Seçilmişlər
icon