Pleyeri seçin:
"Vurub ortaya salırdılar" | 90 yaşlı Xavər nənə rəqqasə və müğənni olanda nələr yaşayıb? - O VAXTLAR
“O vaxtlar” verilişinin budəfəki qəhrəmanı Ağdam sakini Xavər Nuriyeva olub.
90 yaşlı nənə çətin keçən uşaqlıq və gənclik illərindən söz açıb:
“Çox kasıb bir ailədə anadan olmuşam. Qardaşım İkinci Dünya müharibəsinə yollanandan sonra atam oğul həsrətinə döz bilmədiyi üçün vəfat etdi. Mən də anamın himayəsində böyüdüm. Yaxşı yeməyimiz, geyimimiz yox idi. Amma gözəl səsim var idi, müəllimim mənə tar çalmağı öyrətmişdi”.
Xavər Nuriyeva həmçinin həyat yoldaşı ilə bağlı xatirələrini bölüşüb:
“22-23 yaşım olanda ailə qurdum. Yoldaşımı sevərək onunla evləndim. Bəlkə də, qayınanam üçün pis gəlin olmuşam. Mahnı oxumağa gedəndə qayınanam narazılıq etsə də, yoldaşım həmişə məni dəstəkləyirdi. O, çox yaxşı insan idi”.
Kopyalandı
#Ağdam teqi istifadə olunub
- Ağdamda “Son zəng” tədbiri
- Doğma yurduna qayıdan Ağdam sakini sevincindən şeir dedi - Baku TV
- Ağdamda rahat və təhlükəsiz həyat | Eyvazxanbəyli kəndində nələr tikiləcək? - Baku TV
- Yenidən qurulan Ağdamdan ürəkaçan görüntülər | "Vətən həsrəti ilə böyüdük, amma..." - Baku TV
- Ağdamın Baş Qərvənd kəndində həyata keçirilən genişmiqyaslı layihə - Baku TV
