Pleyeri seçin:

“Evdən ilan, danadişi çıxır" | Acınacaqlı vəziyyətdə yaşayan ailə imdad dilədi - Baku TV

05 fevral 2026 126 baxış

Şəki şəhərində yaşayan Solmaz Qasımovanın üç qızı və bir oğlu var. 70 yaşlı ailə başçısının sözlərinə görə, övladları müxtəlif xəstəliklərdən əziyyət çəkir və işləyə bilmirlər.

Acınacaqlı vəziyyətdə yaşayan Qasımovlar ailəsi Baku TV-nin qaynar xəttinə müraciət edərək aidiyyəti qurumdan köçək istəyir.

Solmaz Qasımova ailənin yeganə gəlir mənbəyinin aldığı pensiya olduğunu, lakin bunun gündəlik ehtiyacları qarşılamağa yetmədiyini deyir:

“Yoldaşım vəfat edib. Beş övladım var idi, biri dünyasını dəyişib. Heç kim işləmir, pensiya alıram, o da çatmır. Özüm də xəstəyəm. Yoldan dəmir yığıb sataraq ailəni dolandırmağa çalışıram”.

S.Qasımovanın qızı Nigar Tağıyeva da sağlamlıq problemlərindən əziyyət çəkdiyini bildirib: “Üçüncü qrup əliləm, onkoloji və sinir xəstəsiyəm, ürək problemlərim var. İki-üç saatdan bir halsızlaşıb yıxılıram. Evdəkilər olmasa, partlayıb ölərəm”.

O, yaşadıqları evin şəraitsiz olduğunu da vurğulayıb: “Evimiz çox bərbad gündədir. Yağış çöldən çox evin içinə yağır. Yayda evdən iki dəfə ilan çıxıb, özüm öldürmüşəm. Siçanlar, kərtənkələlər, danadişi, qırxayaqlar evdən əskik olmur. Bu yaşamaq deyil. Çöldəki itlər bizdən yaxşı yaşayırlar”.

Ailənin vəziyyəti ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan ünvanda yerləşən yaşayış evi tikinti normalarına uyğun inşa olunmayıb, uzun müddət təmir olunmadan istifadə olunduğundan köhnəlib və yararsız vəziyyətə düşüb. Vətəndaşların mülkiyyətində olan fərdi yaşayış evlərinin təmiri və ya tikintisi üçün şəhər icra hakimiyyətlərinə vəsait ayrılmır. Vətəndaş maddi durumunun yaxşılaşdırılması ilə bağlı şəhər icra hakimiyyətinə rəsmi müraciət edərsə, məsələyə müvafiq komissiya tərəfindən baxılaraq maddi yardım göstərilə bilər.

Qurumdan o da qeyd edilib ki, ailənin yanacaq üçün odunla təmin olunması məqsədilə 7 saylı Regional Meşə Təsərrüfatı Müəssisəsinə müraciət olunub.

Beş gündür oradayam, incidirdilər, qoymurdular keçməyə | Təxliyə olunan şəxslər danışdı - Baku TV

Beş gündür oradayam, incidirdilər, qoymurdular keçməyə | Təxliyə olunan şəxslər danışdı - Baku TV

Cəmiyyət
08 mart 2026 126 baxış
Şəkərin yarada biləcəyi xərçəng növləri

Şəkərin yarada biləcəyi xərçəng növləri

Cəmiyyət
08 mart 2026 126 baxış
On gündən çoxdur İran sərhədində qalmışıq | TIR sürücüsü baş verənlərdən danışdı - Baku TV

On gündən çoxdur İran sərhədində qalmışıq | TIR sürücüsü baş verənlərdən danışdı - Baku TV

Cəmiyyət
08 mart 2026 126 baxış
Novruz bayramında bölgələrdə tətil qiymətləri | Ekspertlərdən açıqlama - Baku TV

Novruz bayramında bölgələrdə tətil qiymətləri | Ekspertlərdən açıqlama - Baku TV

Cəmiyyət
08 mart 2026 126 baxış
Belə gəlin-qayınana heç yerdə görməmisiniz | "İnşallah, atam bunları görməz” - ARZUNUN VAXTI

Belə gəlin-qayınana heç yerdə görməmisiniz | "İnşallah, atam bunları görməz” - ARZUNUN VAXTI

Cəmiyyət
07 mart 2026 126 baxış
II Qadın Liderləri Zirvəsi keçirildi

II Qadın Liderləri Zirvəsi keçirildi

Cəmiyyət
07 mart 2026 126 baxış
“Qadını məşhur etmək daha asandır” - Anar Mədətov müğənnilərin hansı sirlərini açıb-tökdü? - QAPQARA

“Qadını məşhur etmək daha asandır” - Anar Mədətov müğənnilərin hansı sirlərini açıb-tökdü? - QAPQARA

Cəmiyyət
07 mart 2026 126 baxış
Novruzdan əvvəl yas mərasimi niyə bitirilməlidir? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Novruzdan əvvəl yas mərasimi niyə bitirilməlidir? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Cəmiyyət
07 mart 2026 126 baxış
Ramazan ayının 18-ci gününün duası - Baku TV

Ramazan ayının 18-ci gününün duası - Baku TV

Cəmiyyət
07 mart 2026 126 baxış
Bakının özünəməxsus məhəlləsi | “Xutor” sakinləri Baku TV-yə danışdı - Baku TV

Bakının özünəməxsus məhəlləsi | “Xutor” sakinləri Baku TV-yə danışdı - Baku TV

Cəmiyyət
07 mart 2026 126 baxış
Seçilmişlər
icon