Pleyeri seçin:

"Uşaqlarımıza görə çox narahatıq" | Masazırda 4 nömrəli məktəbdə qalmaqal - Baku TV

04 fevral 2026 529 baxış

Valideynlər iddia edirlər ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 4 nömrəli tam orta məktəbdə son vaxtlar aparılan təmir-bərpa işlərindən sonra müəssisədə kəskin və narahatedici qoxu yaranıb. Bəzi şəxslər bunun qaz iyi olduğunu düşünürlər.

Valideynlərin sözlərinə görə, bu vəziyyət şagirdlərin səhhətinə mənfi təsir göstərir, onların özlərini pis hiss etməsinə səbəb olur.

“Uşaqlarımız iki gündür məktəbə getmirlər. Qoxunun mənbəyi barədə bizə dəqiq açıqlama verilmir. Deyirlər ki, qaz qoxusudur, bəziləri isə boya iyi olduğunu bildirir. Çarəsiz qalmışıq, övladlarımızı məktəbə göndərək, ya yox, bilmirik. Zəhərlənmə halları çoxdur, bir çox valideyn bu barədə şikayət edib”, – sakinlərdən biri bildirib.

Başqa bir valideyn isə narazılığını belə ifadə edib:

“Dərs vaxtı təmir işlərinin aparılması nə dərəcədə doğrudur?! Uşaqlar qoxudan zəhərlənirlər. İy qaz qoxusuna bənzəyir. Direktor qarşımıza çıxmır, özü məktəbdə deyil, amma uşaqlarımızı bu şəraitdə dərsə gəlməyə məcbur edirlər”.

Məsələ ilə bağlı Masazır qəsəbə 4 nömrəli tam orta məktəbdən bildirilib ki, məktəbin sanitar qovşağında yaranmış su sızması səbəbindən təxirəsalınmaz təmir işlərinə başlanılıb:

“Kanalizasiya sularının mərtəbələrarası axını sanitar-gigiyenik şəraitə və tədris prosesinə təsir etdiyindən operativ müdaxilə zərurəti yaranıb. Təmir işləri çərçivəsində aparılan betonlama və izolyasiya prosesləri zamanı istifadə olunan texniki materiallardan qısamüddətli qoxu yaranıb və bu hal bəzi valideynlərdə narahatlıq doğurub. Yayılmış qoxu ilə bağlı hər hansı şagirdin səhhətində ciddi problem qeydə alınmayıb. Videogörüntülərdə əks olunan qaz balonu təmir prosesində istifadə olunan texniki vasitədir və təhlükəsizlik qaydalarına uyğun olaraq qapalı məkanda deyil, açıq havada saxlanıb”.

Bakının tarixi binaları yanğın təhlükəsi ilə üz-üzədir? - AKTUAL GÜNDƏM

Bakının tarixi binaları yanğın təhlükəsi ilə üz-üzədir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
07 avqust 2026 529 baxış
Heyvan leşləri, həşəratlar... | Sakinlər acınacaqlı halda qalıb - Baku TV CANLI

Heyvan leşləri, həşəratlar... | Sakinlər acınacaqlı halda qalıb - Baku TV CANLI

Cəmiyyət
07 avqust 2026 529 baxış
"Şikayət edirik, "Azərsu"nu günahlandırırlar" | Yaşayış kompleksinin sakinləri təngə gəlib - Baku TV

"Şikayət edirik, "Azərsu"nu günahlandırırlar" | Yaşayış kompleksinin sakinləri təngə gəlib - Baku TV

Cəmiyyət
07 avqust 2026 529 baxış
Qanunsuz küçə ticarəti sakinlərin başına hansı oyunu açır? - Baku TV

Qanunsuz küçə ticarəti sakinlərin başına hansı oyunu açır? - Baku TV

Cəmiyyət
07 avqust 2026 529 baxış
“Xəstəlikdir, baxın da bura, belə yaşayış olar?!" - Küçədə dəhşətə gətirən mənzərə - Baku TV

“Xəstəlikdir, baxın da bura, belə yaşayış olar?!" - Küçədə dəhşətə gətirən mənzərə - Baku TV

Cəmiyyət
07 avqust 2026 529 baxış
"Xəstəlik mənbəyidir, amma işlədirik" | Əhali dəhşətli durumda | "İlan-qurbağa çıxarırıq" - Baku TV

"Xəstəlik mənbəyidir, amma işlədirik" | Əhali dəhşətli durumda | "İlan-qurbağa çıxarırıq" - Baku TV

Cəmiyyət
07 avqust 2026 529 baxış
"Heç 50 m məsafə kifayət deyil" | Yanacaqdoldurma məntəqələri ətrafa təhlükə saçır? - Baku TV

"Heç 50 m məsafə kifayət deyil" | Yanacaqdoldurma məntəqələri ətrafa təhlükə saçır? - Baku TV

Cəmiyyət
07 avqust 2026 529 baxış
"Arzum"un vəkilindən məhkəmənin detalları ilə bağlı açıqlama - Baku TV

"Arzum"un vəkilindən məhkəmənin detalları ilə bağlı açıqlama - Baku TV

Cəmiyyət
07 avqust 2026 529 baxış
ADY-dən vacib yenilik: Biletləri daha erkən almaq mümkün olacaq - Baku TV

ADY-dən vacib yenilik: Biletləri daha erkən almaq mümkün olacaq - Baku TV

Cəmiyyət
07 avqust 2026 529 baxış
Sürücülərin nəzərinə | Paytaxtda daha üç küçədə təmir başlandı - Baku TV

Sürücülərin nəzərinə | Paytaxtda daha üç küçədə təmir başlandı - Baku TV

Cəmiyyət
06 avqust 2026 529 baxış
Seçilmişlər
icon