Pleyeri seçin:

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

21 sentyabr 2026 46 baxış

Alban-Udi xristian dini icmasının üzvləri Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər məbədini ziyarət ediblər.

XIII əsrdə alban knyazı Həsən Cəlalın göstərişi ilə inşa edilən məbəd sonradan Alban katolikosluğunun mühüm mərkəzlərindən birinə çevrilib.

Ziyarət zamanı Azərbaycan Alban-Udi xristian dini icması burada ibadət edib. Qeyd edək ki, sentyabrın 21-i xristianlar üçün Müqəddəs Məryəmin mövlud günü kimi qeyd olunur.

İcma nümayəndələri bir neçə gün əvvəl diplomatik korpusun nümayəndələrinin Gəncəsər məbədinə səfərindən sonra Ermənistanda səsləndirilən fikirlərə də münasibət bildiriblər. İcmanın bəyanatında qeyd olunub ki, revanşist yanaşmalar sülh prosesinə kölgə salır və tarixi həqiqətlərin təhrif edilməsinə xidmət edir.

Alban-Udi xristian dini icmasının sədri Robert Mobili Gəncəsər və Xudavəng kimi məbədlərin Azərbaycan ərazisindəki qədim alban irsinin nümunələri olduğunu bildirib:

“Bu zəngin mədəni irsin varisi bu gün Azərbaycan dövlətidir. Alban kilsələrinin dini varisləri isə canlı şəkildə bu gün də mövcud olan udilərdir”.

Onun sözlərinə görə, bu məbədlərin erməni kilsəsinə aid olması ilə bağlı iddialar tarixi faktlarla uzlaşmır:

“Tarixi həqiqət ondan ibarətdir ki, bu kilsələr birbaşa alban kilsələridir. Onların öz tarixləri, patriarxları, din xadimləri və dini simvolları olub”.

Robert Mobili bildirib ki, Çar Rusiyasının Qafqazı işğalından sonra alban kilsələrinin erməni kilsəsinin tabeçiliyinə verilməsi ilə məbədlərdə erməni dini simvolları və yazıları meydana çıxıb.

“Nə qədər saxtalaşdırma və vandalizm olsa da, tarixi həqiqət dəyişmir. Burada qalan daşlar bu kilsələrin tarixini özündə daşıyır və onları dəyişdirmək mümkün deyil”, – deyə icma sədri vurğulayıb.

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 46 baxış
Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 46 baxış
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 46 baxış
176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 46 baxış
“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

Cəmiyyət
21 sentyabr 2026 46 baxış
Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 46 baxış
“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 46 baxış
“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 46 baxış
“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 46 baxış
“Övladım Yasamaldan gəlir” | Valideynlər yaxın məktəb əvəzinə niyə uzaqdakını seçirlər? - Baku TV

“Övladım Yasamaldan gəlir” | Valideynlər yaxın məktəb əvəzinə niyə uzaqdakını seçirlər? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 46 baxış
Seçilmişlər
icon