Pleyeri seçin:

"6 nəfər 2 otaqda necə yaşasın?" - Qaz xətti qırıldı, ev çökdü - Ağac aşmasında şirkət günahkardır?

17 noyabr 2026 135 baxış

Bakının Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 207 ünvanında yerləşən fərdi yaşayış evlərinin bir qismi sökülüb. Ərazidə hələ də bir neçə ailə yaşayır. Sonuncu güclü külək zamanı böyük bir ağacın aşması isə buradakı evlərdən bir neçəsinə ziyan vurub, sakinləri çətin vəziyyətə salıb.

Onlar ağacın aşmasına səbəb kimi ərazidə aparılan söküntü işlərini və qazıntı zamanı torpağın boşaldılmasını göstərirlər.

Şikayətçi Nemət İsmayılovun sözlərinə görə, ağacın aşması nəticəsində qaz xətti qırılıb, evə ziyan dəyib. Hadisə zamanı valideynləri də evdə olub və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onları pəncərədən çıxarmağa məcbur qalıblar:

“Bəziləri ağacın aşmasını güclü küləklə əlaqələndirə bilər. Amma məncə, əsas səbəb ağacın dibində torpağın boşalmasıdır. Bu da ərazidə aparılan söküntü işləri ilə bağlı ola bilər. Torpaq qazılıb, ağacın kökləri boşalıb və güclü küləyə tab gətirməyərək aşıb. Nəticədə, qaz xətti tamamilə qırılıb, evin içərisinə də müəyyən ziyan dəyib. Təxminən 100 ilin ağacıdır. Biz 40 ildir burada yaşayırıq, indiyədək niyə aşmırdı? Hesab edirəm ki, buna səbəb söküntü zamanı qazıntı işlərinin düzgün aparılmamasıdır”.

Nemət İsmayılov ərazidə qalan səkkiz ailənin tikinti şirkəti ilə razılığa gələ bilmədiyini də bildirib. Onun sözlərinə görə, sakinlər əvvəlki qonşularına təklif olunan şərtlərlə razılaşmaq istəyirlər. Lakin şirkətin təklif etdiyi yaşayış sahəsi ailələrin ehtiyaclarını qarşılamır:

“Burada səkkiz ailə qalıb.Əvvəl gedən qonşulara hansı təkliflər olunubsa, burada qalanlara da eyni şərtlər təklif edilməlidir. Mənim evim 3 otaqlıdır. Orada 6 nəfərlik ailə yaşayır. Şirkətin təklif etdiyi mənzil isə ailəmizin ehtiyaclarını qarşılamaya bilər. Altı nəfər necə iki otaqda yaşasın?!”.

Tikinti şirkətinin nümayəndəsi isə ağacın aşmasını təbii fəlakət kimi qiymətləndirib. O bildirib ki, hadisənin səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır. Şirkətin məsuliyyət daşıdığı hər hansı hal müəyyən edilərsə, dəymiş ziyanın qarşılanmasına hazırdırlar.

“Mən bu şəxsi, bəlkə də, 15-20 dəfə qəbul etmişəm, 10 dəfə də şəxsən evinə getmişəm. Ona 119 kvadratmetr sahəsi olan mənzil təklif etmişik. Lakin o bununla razılaşmır. Məsələ ilə bağlı hüquqi qaydada məhkəməyə müraciət etmişik. Hansı qərarı verilsə, biz də ona uyğun hərəkət edəcəyik. Əgər tərəflər arasında razılıq əldə olunsa, məhkəməyə müraciətimizi geri götürə bilərik”, – deyə o əlavə edib.

Banner
Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Bakıda baş tutan sammit necə davam edir? - Baku TV

Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Bakıda baş tutan sammit necə davam edir? - Baku TV

Cəmiyyət
18 noyabr 2026 135 baxış
Xocavənddə qədim irsin izləri | Udilər Amaras monastırında - Baku TV

Xocavənddə qədim irsin izləri | Udilər Amaras monastırında - Baku TV

Cəmiyyət
18 noyabr 2026 135 baxış
"Buradan keçənlər təhlükədədir" | 8 Noyabr prospektində səki çökdü - Baku TV

"Buradan keçənlər təhlükədədir" | 8 Noyabr prospektində səki çökdü - Baku TV

Cəmiyyət
18 noyabr 2026 135 baxış
Duman, qar və güclü külək: sabah bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Duman, qar və güclü külək: sabah bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
18 noyabr 2026 135 baxış
“Qalmışıq yollarda!” | Sakinləri bezdirən avtobus | “Yiyəsi ilə danışın, mən sürücüyəm” - Baku TV

“Qalmışıq yollarda!” | Sakinləri bezdirən avtobus | “Yiyəsi ilə danışın, mən sürücüyəm” - Baku TV

Cəmiyyət
18 noyabr 2026 135 baxış
“Kimsə desə ki, pul yığılmır, yalan danışır!” | 316 nömrəli məktəbdə nə baş verir? - Baku TV

“Kimsə desə ki, pul yığılmır, yalan danışır!” | 316 nömrəli məktəbdə nə baş verir? - Baku TV

Cəmiyyət
18 noyabr 2026 135 baxış
Əməkdaşlıq və bilik mübadiləsi üçün vahid platforma | Bakıda keçirilən sammit barədə məlumatlar

Əməkdaşlıq və bilik mübadiləsi üçün vahid platforma | Bakıda keçirilən sammit barədə məlumatlar

Cəmiyyət
18 noyabr 2026 135 baxış
Həkimlər özünümüalicənin təhlükəli fəsadları barədə xəbərdarlıq edir

Həkimlər özünümüalicənin təhlükəli fəsadları barədə xəbərdarlıq edir

Cəmiyyət
18 noyabr 2026 135 baxış
“Naçıvan, Culfa - Hər yeri gəzmişik, benzin yoxdur” | “SOCAR Petroleum”dan iddialara cavab - Baku TV

“Naçıvan, Culfa - Hər yeri gəzmişik, benzin yoxdur” | “SOCAR Petroleum”dan iddialara cavab - Baku TV

Cəmiyyət
18 noyabr 2026 135 baxış
“Baku TV RU” 5 yaşında! - Sərhədləri aşan yayım və qlobal auditoriyanın etimadı - Baku TV

“Baku TV RU” 5 yaşında! - Sərhədləri aşan yayım və qlobal auditoriyanın etimadı - Baku TV

Cəmiyyət
18 noyabr 2026 135 baxış
Seçilmişlər
icon