"Zibilləri parka töküb parkı məhv etməsinlər" | "Gülüstan" parkındakı acınacaqlı vəziyyət - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İnsanlar parklara təmiz hava almaq, gəzmək və dincəlmək üçün üz tuturlar. Lakin paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən Gülüstan parkına gəlmək istəyənlərin sayı getdikcə azalır. Səbəb isə ərazidəki dözülməz qoxu və antisanitar vəziyyətdir.
İddialara görə, son vaxtlar sözügedən ünvandakı evlərin, binaların və restoranların kanalizasiya suları parkın ərazisinə axıdılır. Nəticədə, burada dözülməz vəziyyət yaranıb.
Bildirilir ki, təxminən 50-60 illik tarixə malik parkda belə bir vəziyyət son aylarda müşahidə olunmağa başlayıb. Ərazidə müxtəlif növ ağaclar quruyaraq məhv olub. Bəzi ağacların isə yandığı görünür. Onların hansı səbəbdən yanması isə məlum deyil.
Burada yaşayan sakinlər, eləcə də parkı ziyarət edən vətəndaşlar vəziyyətdən narahatdırlar. Onlar hesab edirlər ki, təcili tədbirlər görülməsə, yaxın gələcəkdə parkda bir ağac belə qalmayacaq.
“Parka bir əncam çəkilməlidir. Heyifdir bu ağaclar. Kanalizasiya suları xəstəlik mənbəyidir. Minlərlə ağac quruma təhlükəsi ilə üz-üzədir. Bu tullantıları ev və villa sahibləri atırlar. Onlarla bağlı tədbir görülməli, müvafiq cərimələr tətbiq edilməlidir”, – deyə sakinlərdən biri şikayətini dilə gətirib.
#Bakıxanov qəsəbəsi teqi istifadə olunub
- Yüzlərlə ağac təhlükədə | "Quruyur, axı heyifdir" - Bakıxanovda acınacaqlı vəziyyət - Baku TV
- Bakıxanovda qurumuş ağacların yaratdığı təhlükə - Baku TV CANLI
- Bakıxanov qəsəbəsinin sakinləri narahatdırlar
- “Bu ev uçsa, mən nə edəcəyəm?!” | Sakinlər niyə hər an dəhşət içində yaşayır? - Baku TV
- Bir ev necə 3 ünvanda ola bilər? | Çıxılmaz vəziyyətdə qalan sakin kömək istədi - Baku TV
