Pleyeri seçin:

"Mən səhnəni sevirəm, teatrın binasını yox" | Ziya Ağadan teatr sisteminə açıq tənqid - QAPQARA

16 noyabr 2026

“Qapqara” verilişinin yeni buraxılışının qonağı aktyor Ziya Ağa olub.

Teatrın “müqəddəs məkan” kimi təqdim olunmasına etiraz edən Ziya Ağa bunun arxasında gizlənən eqoizmi və daxili intriqaları tənqid edib:

“Teatr müqəddəs deyil, mənim üçün müqəddəs olan ailədir. Deyirlər ki, mən teatrın tozunu udmuşam. Nə edim, udmayaydın. Əgər bir elektrik ustası və ya çəkməçi öz işini sevgi ilə görüb insanlara fayda verirsə, onun da işi müqəddəsdir. Ona görə də müqəddəsliyi bu qədər cılızlaşdırmaq olmaz, öz işimizi də bu qədər böyütməməliyik. Bu müqəddəsliyin arxasında çoxlu çirkinliklər və problemlər gizlənir. Dünyada bu qədər haqsızlıqlar baş verərkən insanların mədəni istirahət yeri olan teatrda problem yaratmaq eqoistlikdir”.

Sənətçi tamaşaçıların teatra məcburi şəkildə gətirilməsi ilə bilet alıb gələn real auditoriya arasındakı fərqdən və gənc nəsli teatra qaytarmaq strategiyasından söz açıb:

“Əsl tamaşaçı səni görmək və izləmək üçün bilet alıb gələn insandır. Zorla, müdirinin tapşırığı ilə gətirilən tamaşaçı isə sadəcə zəhmətinə görə əl çalır. Teatrın əvvəlki tamaşaçısı ölüb gedib, yəni insanları teatrdan uzaqlaşdırıblar. Biz onları yenidən qaytarmağa çalışırıq. Strategiyam budur ki, əvvəlcə gənclərin oxuduğu və sevdiyi “Dorian Qreyin portreti”, “Ovod”, “Xaç atası” kimi romanları səhnələşdirərək auditoriyanı teatra cəlb edək, daha sonra isə onları Şekspir və Çexov dramaturgiyasına öyrəşdirək. Mənim tamaşaçılarımın 90 faizi gənclərdir, çünki növbəti 30 ilin tamaşaçısı məhz onlardır”.

Kopyalandı
Banner
Bakı–İstanbul marşrutunda optimallaşdırma | Sərnişinlər üçün yeni imkanlar - ƏSAS XƏBƏR

Bakı–İstanbul marşrutunda optimallaşdırma | Sərnişinlər üçün yeni imkanlar - ƏSAS XƏBƏR

Cəmiyyət
16 noyabr 2026
Sabunçu sakinlərinin yağış dərdi | Su altında qalan yollar nə vaxt qurudulacaq? - Baku TV

Sabunçu sakinlərinin yağış dərdi | Su altında qalan yollar nə vaxt qurudulacaq? - Baku TV

Cəmiyyət
16 noyabr 2026
"Məni oraya dırmaşanda da çəkdiniz?" | Sabunçuda gediş-gəliş müşkülə çevrildi - Baku TV

"Məni oraya dırmaşanda da çəkdiniz?" | Sabunçuda gediş-gəliş müşkülə çevrildi - Baku TV

Cəmiyyət
16 noyabr 2026
Sabunçuda kanalizasiya problemi küçəni gölə çevirdi - Baku TV CANLI

Sabunçuda kanalizasiya problemi küçəni gölə çevirdi - Baku TV CANLI

Cəmiyyət
16 noyabr 2026
Rəflərdəki hazır doğranmış meyvələr nə qədər təzədir?

Rəflərdəki hazır doğranmış meyvələr nə qədər təzədir?

Cəmiyyət
16 noyabr 2026
Bu meyvələrdən zəhərlənə bilərsiniz | Qida ekspertinden xəbərdarlıq - Baku TV

Bu meyvələrdən zəhərlənə bilərsiniz | Qida ekspertinden xəbərdarlıq - Baku TV

Cəmiyyət
16 noyabr 2026
Yüzlərlə ağac təhlükədə | "Quruyur, axı heyifdir" -  Bakıxanovda acınacaqlı vəziyyət - Baku TV

Yüzlərlə ağac təhlükədə | "Quruyur, axı heyifdir" - Bakıxanovda acınacaqlı vəziyyət - Baku TV

Cəmiyyət
16 noyabr 2026
Ev sahibi olmaq istədilər, aldadıldılar | Yasamalda eyni mənzil neçə adama satılıb? - Baku TV CANLI

Ev sahibi olmaq istədilər, aldadıldılar | Yasamalda eyni mənzil neçə adama satılıb? - Baku TV CANLI

Cəmiyyət
16 noyabr 2026
"Gündə biri qaçmağa çalışır" | Sakinləri bezdirən məsələ | "Ağır xəstələr bu yolda ölüb" - Baku TV

"Gündə biri qaçmağa çalışır" | Sakinləri bezdirən məsələ | "Ağır xəstələr bu yolda ölüb" - Baku TV

Cəmiyyət
16 noyabr 2026
Əməliyyatdan sonra şok: Həkim sağlam kişini yatağa düçar etdi? - Baku TV CANLI

Əməliyyatdan sonra şok: Həkim sağlam kişini yatağa düçar etdi? - Baku TV CANLI

Cəmiyyət
16 noyabr 2026
Seçilmişlər
icon