Pleyeri seçin:

"Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı" | Sənətçinin şah əsərinə çatmağını istəməzdim

09 noyabr 2026 136 baxış

“Qapqara” verilişinin yeni buraxılışının qonağı aktrisa Oksana Rəsulova olub.

Sənətçi uşaqlıqdan aktrisa olmaq istəsə də, valideynlərinin məsləhəti ilə tibb təhsili aldığını bildirib. Doqquz il təhsil alaraq iki diplom əldə edən aktrisa həkim kimi fəaliyyət göstərməməsindən peşman olmadığını deyib:

“Valideynlərimin məni bu gün olduğum yerə gətirən əsas səbəbkarlar olduğunu düşünürəm. Həkimliyə həyatımın doqquz ilini sərf etdiyim üçün heç vaxt peşman olmamışam. Çünki orada insanın psixologiyasını, mənəviyyatını, bioloji və fiziki xüsusiyyətlərini öyrənmişəm. Bu biliklər hazırda aktyorluq karyeramda mənə çox kömək edir. İlk diplomum ginekoloq-cərrah ixtisası üzrədir. Bəlkə də bu sahədə çalışsaydım, tanınmış həkim ola bilərdim. Amma ürəyim həmin yolu seçmədi”.

Hindistanda iştirak etdiyi “India's Best Actor” müsabiqəsindən danışan Oksana Rəsulova aktyor Salman Xanın ona göstərdiyi dəstəyin yarışdakı mövqeyinə ciddi təsir etdiyini bildirib:

“Salman Xan ilk gündən mənə böyük dəstək oldu. Tamaşamdan sonra səhnəyə çıxaraq bütün Hindistandan məhz mənim üçün səs istədi. Altı həftə Salman Xan mənə dəstək oldu və həmin müddətdə heç kim məni müsabiqədən çıxara bilmədi”.

Hindistanda yaşadığı maraqlı hadisəni də bölüşən Oksana Rəsulova Şahrux Xanın həyat yoldaşı Qauri Xan tərəfindən Bollivud ulduzu Priti Zinta ilə səhv salındığını bildirib:

“Bir dəfə hotel açılışında idik. Birdən kimsə qaçaraq gəldi, məni qucaqlayıb öpdü. Baxdım ki, Şahrux Xanın həyat yoldaşı Qauridir. O məni Priti Zinta ilə səhv salmışdı. Mənə “Priti” deyə müraciət edirdi. Dəfələrlə izah etdim ki, Priti deyiləm, Oksana Rəsulovayam”.

Kopyalandı
Banner
Ölümdən qurtardığı nadir quş sakini heyrətləndirdi | “Başqa quşu yaxına buraxmır, ancaq özü...”

Ölümdən qurtardığı nadir quş sakini heyrətləndirdi | “Başqa quşu yaxına buraxmır, ancaq özü...”

Cəmiyyət
11 noyabr 2026 136 baxış
Kartınızdakı pullar anında çəkilə bilər | Saxta linklərə qarşı təcili xəbərdarlıq - Baku TV CANLI

Kartınızdakı pullar anında çəkilə bilər | Saxta linklərə qarşı təcili xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
11 noyabr 2026 136 baxış
Pirşağı-Novxanı-Xırdalan-M4 xətti | Sürücülər üçün alternativ marşrut açılır - Baku TV

Pirşağı-Novxanı-Xırdalan-M4 xətti | Sürücülər üçün alternativ marşrut açılır - Baku TV

Cəmiyyət
11 noyabr 2026 136 baxış
Universitet diplom verir, kadrlar hara gedir? - AKTUAL GÜNDƏM

Universitet diplom verir, kadrlar hara gedir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
11 noyabr 2026 136 baxış
Əməkhaqqınız necə hesablanacaq? - İqtisadçı detalları açıqladı

Əməkhaqqınız necə hesablanacaq? - İqtisadçı detalları açıqladı

Cəmiyyət
11 noyabr 2026 136 baxış
Heyvansevərləri narahat edən “dəyişiklik” | İçərişəhərdə nə baş verib? - Baku TV

Heyvansevərləri narahat edən “dəyişiklik” | İçərişəhərdə nə baş verib? - Baku TV

Cəmiyyət
11 noyabr 2026 136 baxış
İçərişəhərdəki pişik yuvaları yoxa çıxıb?

İçərişəhərdəki pişik yuvaları yoxa çıxıb?

Cəmiyyət
11 noyabr 2026 136 baxış
Saatlıq əməkhaqqı ilə bağlı dəyişiklik | Yenilik kimlərə şamil olunacaq? - Baku TV

Saatlıq əməkhaqqı ilə bağlı dəyişiklik | Yenilik kimlərə şamil olunacaq? - Baku TV

Cəmiyyət
11 noyabr 2026 136 baxış
“Pul istəməkdən başqa heç nə bilmir” | Bitməyən yol problemi sakinləri bezdirdi - Baku TV

“Pul istəməkdən başqa heç nə bilmir” | Bitməyən yol problemi sakinləri bezdirdi - Baku TV

Cəmiyyət
11 noyabr 2026 136 baxış
Mingəçevirdə sakinləri narazı qoyan xəstəxana problemi - Baku TV CANLI

Mingəçevirdə sakinləri narazı qoyan xəstəxana problemi - Baku TV CANLI

Cəmiyyət
11 noyabr 2026 136 baxış
Seçilmişlər
icon