Pleyeri seçin:

"Gecə 3-də xəbər verdilər ki, obyekt bağlanır" | "By Ruslan Pizza"da əməkhaqqı qalmaqalı - Baku TV

05 fevral 2026 461 baxış

İşçilər “By Ruslan Pizza” adlı müəssisədən şikayətçidirlər.

Onların sözlərinə görə, artıq iki aydır ki, əməkhaqlarını ala bilmirlər.

Şikayətçilərdən biri bildirib: “Ümumilikdə 680 manat maaş alırdıq. Məbləğin yarısını karta köçürürdülər, yarısını isə nağd şəkildə verirdilər. Nağd hissə hazırda ödənilməyib. İşləmişəm, əziyyət çəkmişəm, tər tökmüşəm, pulumu versinlər”.

Başqa bir işçi isə deyib: “İki aydır ki, maaşımızı vermirlər. Üstəlik, bizi maddə ilə işdən çıxarıblar. Buna görə də başqa yerdə işə düzələ bilmirik”.

Digər şikayətçinin sözlərinə görə, gecə saat 3-də onlara mesaj göndərilərək bildirilib ki, sabahdan işə gəlməsinlər, çünki obyekt bağlanır: “O vaxtdan bəri əlaqə saxlayırıq ki, bizi qeydiyyatdan çıxarsınlar, başqa yerdə iş tapa bilək. Bizə deyirlər ki, kompüterlər obyektdə qalıb, sənədləşmə apara bilmirik”.

Restoran sahibi Mehdi Ruslan isə məsələyə münasibət bildirərək qeyd edib ki, işçilərə həm rəsmi, həm də qeyri-rəsmi şəkildə işdən çıxarılmaları barədə əvvəlcədən xəbərdarlıq edilib:

“Məkanlarım bağlananda işçilərdən soruşdum ki, yeni obyekt açıb fəaliyyətimi bərpa etsəm, mənimlə işləməyə davam edəcəksinizmi? Hamısı dedi ki, əmək müqaviləmizə xitam vermə, səni gözləyəcəyik. Mən də onların sözünə inanaraq müqavilələri ləğv etmədim və yeni obyekt açmaq üçün işlərə başladım. Bir müddət sonra isə bir qrup şəxsin mənim köhnə şəriklərimlə qalıb işlədiklərini öyrəndim”.

Məsələ ilə bağlı Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, “By Ruslan Pizza” müəssisəsində əmək hüquqlarının pozulması ilə bağlı daxil olmuş müraciət araşdırılır:

“Məsələnin dəqiqləşdirilməsi məqsədilə şikayətçi DOST mərkəzinə dəvət olunub, izahatı alınıb. Araşdırma çərçivəsində işəgötürəndən işçiyə aid müvafiq sənədlərin təqdim edilməsi tələb edilib. Müraciəti təsdiq edən əlavə sübutlar təqdim edildiyi halda araşdırma davam etdiriləcək”.

Banner
Bəzi avtobuslardakı antisanitar vəziyyətin səbəbi nədir? - Baku TV CANLI

Bəzi avtobuslardakı antisanitar vəziyyətin səbəbi nədir? - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 461 baxış
Ucarda fermerlər, şirkətlər və dövlət qurumlarının nümayəndələri görüşür - Baku TV

Ucarda fermerlər, şirkətlər və dövlət qurumlarının nümayəndələri görüşür - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 461 baxış
Ermənistan ərazisində aşkarlanan qəbiristanlıq keçmişin izlərini qoruyur - Baku TV

Ermənistan ərazisində aşkarlanan qəbiristanlıq keçmişin izlərini qoruyur - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 461 baxış
Dirəklər quraşdırılıb, amma işıq yoxdur? | Eyni küçədə problemlər niyə qalır? - 24 SAAT

Dirəklər quraşdırılıb, amma işıq yoxdur? | Eyni küçədə problemlər niyə qalır? - 24 SAAT

Cəmiyyət
23 oktyabr 2026 461 baxış
Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV

Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 461 baxış
"Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV

"Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 461 baxış
Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR

Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR

Cəmiyyət
23 oktyabr 2026 461 baxış
"Robot təkəri necə dəyişəcək?!" - İnsan əməyinə ehtiyac qalmayacaq? - "Hamısını robot edəcək"

"Robot təkəri necə dəyişəcək?!" - İnsan əməyinə ehtiyac qalmayacaq? - "Hamısını robot edəcək"

Cəmiyyət
23 oktyabr 2026 461 baxış
13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV

13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 461 baxış
"Qayınanam "kapriznıy" idi, kaş başqa cür danışardım" | "Uşaq qız olanda ağız büzürdülər"

"Qayınanam "kapriznıy" idi, kaş başqa cür danışardım" | "Uşaq qız olanda ağız büzürdülər"

Cəmiyyət
23 oktyabr 2026 461 baxış
Seçilmişlər
icon