Pleyeri seçin:

Nizami Tibb Mərkəzində qalmaqal | Sosial şəbəkədə yayılan görüntülər müzakirə yaratdı - Baku TV

05 iyul 2026 436 baxış

Baku TV son günlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan iddiaları yerində araşdırmaq üçün Nizami Tibb Mərkəzində olub.

Belə ki, tibb müəssisəsinin əməkdaşı Bəhruz Nəsirov rəhbərlik tərəfindən öz ərizəsi ilə işdən çıxmağa məcbur edildiyini iddia edir.

Məsələdə adı hallanan Nizami Tibb Mərkəzinin şöbə müdiri Samir Məmmədov çəkiliş aparıldığını görərək əvvəlcə açıqlama verəcəyini bildirsə də, sonradan fikrini dəyişərək müsahibə verməkdən imtina edib.

Hüquqşünas Şamil Paşayevin sözlərinə görə, işçinin işə qəbulu və işdən azad olunması Əmək Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməlidir:

“İşəgötürənin sadəcə olaraq işçi ilə işləmək istəməməsi onun işdən çıxarılması üçün əsas ola bilməz. İşçidən istənilən vaxt “öz ərizənlə işdən çıx” tələbini irəli sürmək qanun pozuntusudur. İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin əmək müqaviləsinə xitam verilməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir. Bu hallarla bağlı işçi Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət edə bilər”.

Mövzu ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən araşdırma başlanılıb. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.

Banner
Bəzi avtobuslardakı antisanitar vəziyyətin səbəbi nədir? - Baku TV CANLI

Bəzi avtobuslardakı antisanitar vəziyyətin səbəbi nədir? - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 436 baxış
Ucarda fermerlər, şirkətlər və dövlət qurumlarının nümayəndələri görüşür - Baku TV

Ucarda fermerlər, şirkətlər və dövlət qurumlarının nümayəndələri görüşür - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 436 baxış
Ermənistan ərazisində aşkarlanan qəbiristanlıq keçmişin izlərini qoruyur - Baku TV

Ermənistan ərazisində aşkarlanan qəbiristanlıq keçmişin izlərini qoruyur - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 436 baxış
Dirəklər quraşdırılıb, amma işıq yoxdur? | Eyni küçədə problemlər niyə qalır? - 24 SAAT

Dirəklər quraşdırılıb, amma işıq yoxdur? | Eyni küçədə problemlər niyə qalır? - 24 SAAT

Cəmiyyət
23 oktyabr 2026 436 baxış
Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV

Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 436 baxış
"Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV

"Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 436 baxış
Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR

Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR

Cəmiyyət
23 oktyabr 2026 436 baxış
"Robot təkəri necə dəyişəcək?!" - İnsan əməyinə ehtiyac qalmayacaq? - "Hamısını robot edəcək"

"Robot təkəri necə dəyişəcək?!" - İnsan əməyinə ehtiyac qalmayacaq? - "Hamısını robot edəcək"

Cəmiyyət
23 oktyabr 2026 436 baxış
13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV

13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 436 baxış
"Qayınanam "kapriznıy" idi, kaş başqa cür danışardım" | "Uşaq qız olanda ağız büzürdülər"

"Qayınanam "kapriznıy" idi, kaş başqa cür danışardım" | "Uşaq qız olanda ağız büzürdülər"

Cəmiyyət
23 oktyabr 2026 436 baxış
Seçilmişlər
icon