Pleyeri seçin:

"Avadanlıqlarımız onlara görə xarab oldu" | Kənd sakinlərinin günü niyə qara olub? - Baku TV

05 fevral 2026 486 baxış

Lerik rayonunun Hamarmeşə kənd sakinləri Baku TV-nin qaynar xəttinə müraciət ediblər.

Onlar elektrik enerjisinin verilişində yaranan problemdən narazıdırlar.

Sakinlərin sözlərinə görə, problem uzun müddətdir ki, var, sonuncu dəfə yağan qardan sonra isə vəziyyət daha da çətinləşib.

“Yanvar ayı ərzində ardıcıl olaraq 6 gün, daha sonra isə 3 gün işıqsız qalmışıq. Fevralın 1-i axşam saatlarında elektrik enerjisi bərpa olundu. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, heç bir nəticəsi olmayıb. Yüngül külək əsən kimi, yağış və ya qar yağan kimi işıqlar sönür və uzun müddət yanmır. Gün ərzində 10–15 dəfə işığı söndürüb-yandırırlar. Bunun nəticəsində evlərimizdəki elektrik avadanlıqları sıradan çıxır”, – deyə sakinlərdən biri bildirib.

“Evdə uşaqlarımız tez-tez xəstələnir, qazandığımız pulun çoxu dava-dərmana gedir. Soyuğa görə hazırda uşaqların əksəriyyəti qripə yoluxub”, – başqa bir sakin deyib.

Məsələ ilə bağlı Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin Lənkəran Elektrik Şəbəkəsindən bildirilib ki, havaların kəskin dəyişməsi ilə əlaqədar xətdə yaranan nasazlıqlar səbəbindən 10 kilovoltluq 3 saylı xəttin enerji təminatında fasilələr yaranıb:

“Güclü qar yağması nəticəsində dağlıq və meşəlik ərazilərdən keçən xətlərə baxış keçirmək və qüsurları aradan qaldırmaq çətinləşib. Hərəkətin mümkünsüzlüyü səbəbindən qəzaların vaxtında aradan qaldırılmasında problemlər yaranıb. Buna baxmayaraq, xəttin trası istiqamətində yol açılaraq baxış keçirilib, aşkar edilən qüsurlar aradan qaldırılıb və abonentlər müəyyən fasilələrlə elektrik enerjisi ilə təmin olunublar.

Lerik–Lənkəran yolunun kənarında yerləşən kəndlərin, o cümlədən Hamarmeşə kəndinin elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə yeni xəttin çəkilməsi 2026-cı ilin tədbirlər planına daxil edilib. Plana əsasən, kəndə yaxın ərazidə yeni 35 kilovoltluq yarımstansiyanın tikilməsi nəzərdə tutulub. Bunun nəticəsində yol kənarında yerləşən kəndlər, o cümlədən Hamarmeşə kəndi dağlıq və meşəlik ərazidən keçən 10 kilovoltluq xətdən ayrılaraq yeni çəkiləcək xətlər vasitəsilə elektrik enerjisi ilə təmin olunacaq”.

Banner
Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV

Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 486 baxış
"Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV

"Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 486 baxış
Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR

Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR

Cəmiyyət
23 oktyabr 2026 486 baxış
"Robot təkəri necə dəyişəcək?!" - İnsan əməyinə ehtiyac qalmayacaq? - "Hamısını robot edəcək"

"Robot təkəri necə dəyişəcək?!" - İnsan əməyinə ehtiyac qalmayacaq? - "Hamısını robot edəcək"

Cəmiyyət
23 oktyabr 2026 486 baxış
13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV

13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 486 baxış
"Qayınanam "kapriznıy" idi, kaş başqa cür danışardım" | "Uşaq qız olanda ağız büzürdülər"

"Qayınanam "kapriznıy" idi, kaş başqa cür danışardım" | "Uşaq qız olanda ağız büzürdülər"

Cəmiyyət
23 oktyabr 2026 486 baxış
40 ailə doğma yurduna qayıtdı | Xocavənddə xoş anlar - Baku TV CANLI

40 ailə doğma yurduna qayıtdı | Xocavənddə xoş anlar - Baku TV CANLI

Cəmiyyət
23 oktyabr 2026 486 baxış
Masazırda yaşayış evləri niyə böyük təhlükə riski ilə üz-üzədir? - Baku TV CANLI

Masazırda yaşayış evləri niyə böyük təhlükə riski ilə üz-üzədir? - Baku TV CANLI

Cəmiyyət
23 oktyabr 2026 486 baxış
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir - Baku TV

Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 486 baxış
Düzəlişlər edildi, problemlər bitmədi | Sürücülər indi niyə qaydanı pozmalı olur? - NECƏ OLMALIDIR?

Düzəlişlər edildi, problemlər bitmədi | Sürücülər indi niyə qaydanı pozmalı olur? - NECƏ OLMALIDIR?

Cəmiyyət
23 oktyabr 2026 486 baxış
Seçilmişlər
icon