Pleyeri seçin:

"Ayaqları qırılıb, kim cavab verəcək?!" | Sakinlər ziyana düşdü: “Verin, oturum evimdə” - Baku TV

25 avqust 2026 261 baxış

Lerik rayonunun Davradibi və Dico kəndlərində elektrik naqilləri və dirəklərin bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, elektrik xətlərindəki nasazlıqlar səbəbindən son iki il ərzində 5-6 iribuynuzlu mal-qara elektrik cərəyanının vurması nəticəsində tələf olub və onlara külli miqdarda ziyan dəyib.

“Elektrik dirəkləri bərbad vəziyyətdədir. Örüş sahəsində iki heyvanımı elektrik cərəyanı vurub, 10 min manat ziyana düşmüşəm. Müraciət etmədiyim yer qalmayıb”, – deyə sakinlərdən biri qeyd edib.

Məsələ ilə bağlı “Azərişıq” ASC-dən bildirilib ki, Davradibi və Dico kəndlərinin 10 kilovoltluq hava xəttində 2025-2026-cı illərdə 39 ədəd qəzalı ağac dayaq yeni dəmir və kompozit dayaqlarla əvəzlənib. 4350 metr zədələnmiş naqil yenilənib, 1000 metr məsafədə zədələnmiş naqillər dəyişdirilib, boşalmış naqillər tarımlaşdırılıb və 2,5 kilometr məsafədə budama işləri aparılıb. Həmçinin iyul və avqust aylarında 21 ədəd qəzalı ağac dayaq yeni dəmir və kompozit dayaqlarla əvəzlənib, 3000 metr zədələnmiş naqil yenilənib və 0,8 kilometr məsafədə budama işləri aparılıb.

Qurumun məlumatına görə, hazırda həmin xəttdə əsaslı təmir işləri davam etdirilir. 

Banner
Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV

Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 261 baxış
"Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV

"Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 261 baxış
Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR

Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR

Cəmiyyət
23 oktyabr 2026 261 baxış
"Robot təkəri necə dəyişəcək?!" - İnsan əməyinə ehtiyac qalmayacaq? - "Hamısını robot edəcək"

"Robot təkəri necə dəyişəcək?!" - İnsan əməyinə ehtiyac qalmayacaq? - "Hamısını robot edəcək"

Cəmiyyət
23 oktyabr 2026 261 baxış
13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV

13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 261 baxış
"Qayınanam "kapriznıy" idi, kaş başqa cür danışardım" | "Uşaq qız olanda ağız büzürdülər"

"Qayınanam "kapriznıy" idi, kaş başqa cür danışardım" | "Uşaq qız olanda ağız büzürdülər"

Cəmiyyət
23 oktyabr 2026 261 baxış
40 ailə doğma yurduna qayıtdı | Xocavənddə xoş anlar - Baku TV CANLI

40 ailə doğma yurduna qayıtdı | Xocavənddə xoş anlar - Baku TV CANLI

Cəmiyyət
23 oktyabr 2026 261 baxış
Masazırda yaşayış evləri niyə böyük təhlükə riski ilə üz-üzədir? - Baku TV CANLI

Masazırda yaşayış evləri niyə böyük təhlükə riski ilə üz-üzədir? - Baku TV CANLI

Cəmiyyət
23 oktyabr 2026 261 baxış
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir - Baku TV

Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 261 baxış
Düzəlişlər edildi, problemlər bitmədi | Sürücülər indi niyə qaydanı pozmalı olur? - NECƏ OLMALIDIR?

Düzəlişlər edildi, problemlər bitmədi | Sürücülər indi niyə qaydanı pozmalı olur? - NECƏ OLMALIDIR?

Cəmiyyət
23 oktyabr 2026 261 baxış
Seçilmişlər
icon