Açıq-aşkar səhlənkarlıq edirlər | Bakıda konflikt nöqtəsinə çevrilən kəsişmə - NECƏ OLMALIDIR?
Yeniliklərdən dərhal xəbərdar olun
“Necə olmalıdır?” rubrikasında bu dəfə Ziya Bünyadov prospektinin köməkçi yolu ilə Azadlıq prospektinin kəsişməsində hərəkətin təşkili ilə bağlı problem diqqətə çatdırılıb.
Bildirilib ki, ərazidə mütəmadi olaraq yol-nəqliyyat hadisələri baş verir. Buna səbəb sürücü səhlənkarlığı və hərəkətin düzgün təşkil edilməməsidir.
Qeyd edilib ki, Ziya Bünyadov prospektindən gələn avtomobillər üçün “Yol ver” nişanı olsa da, körpünün altından çıxan sürücülər hərəkət üstünlüyünə malikdirlər. Bu isə kəsişmədə konflikt nöqtəsi yaradır.
Problemin həlli üçün körpünün altından gələn avtomobillərin sola dönməzdən əvvəl dayandığı işıqforla nizamlanan kəsişmənin təşkili təklif olunur. Belə ki, körpünün altından hərəkətə icazə verilən zaman köməkçi yolda hərəkət edən avtomobillər üçün qırmızı işıq yanmalıdır.
#Yol hərəkətinin təşkili teqi istifadə olunub
- Düzəlişlər edildi, problemlər bitmədi | Sürücülər indi niyə qaydanı pozmalı olur? - NECƏ OLMALIDIR?
- İnşaatçılar prospektindəki bu yol niyə "təhlükənin ünvanı"na çevrilib? - NECƏ OLMALIDIR?
- Yaşıl işıq yanır, hərəkət isə ləngiyir | Küçədə bu qədər yaxın keçidlərə ehtiyac var?
- İçərişəhərdə nəqliyyatın hərəkəti ilə bağlı yeni qaydalar - Baku TV CANLI
- Avtobuslar bu zolaqdan niyə keçmir? | Yeni xətlənmə rahatlıq yox, risk yaradır? - NECƏ OLMALIDIR?
