Cəmiyyət
Pleyeri seçin:
Aktaudakı qəza sanki bir yuxu idi | AZAL-ın kapitan pilotundan açıqlama
“Təyyarə qəzası barədə sosial şəbəkələrə daxil olandan sonra öyrəndim”.
Bunu “Baku Analitik” verilişində AZAL-ın kapitan pilotu Sərxan Məhərrəmov deyib.
O, hadisə baş verən gün sükan arxasında olduğunu bildirib:
“Qəza baş verən gün “London Heathrow” Hava Limanından Bakı istiqamətində uçuş həyata keçirmişəm. Enişdən sonra evə getdim. İstirahət etmək üçün mobil telefonumu söndürdüm. Açanda çoxlu sayda zənglərin, mesajların gəldiyini gördüm. Öncə mənə nə baş verdiyi çatmadı. Elə bildim ki, yuxudur. Sosial şəbəkələrə baxdıqca öyrəndim ki, həqiqətən də, çox dəhşətli bir qəza olub”.
Kopyalandı
Seçilmişlər