Pleyeri seçin:

Ali təhsilli olanları satıcı işləməyə nə vadar edir?

26 fevral 2024 370 baxış

Bəzi universitet məzunları ali təhsilli olmalarına baxmayaraq, mağazalarda satıcı işləyirlər.

Məzunların məşğulluq reytinqinə görə, 2018-2021-ci illərdə ölkənin 11 aparıcı ali təhsil müəssisəsindən məzun olanların ən çox işə qəbul olunduğu 10 müəssisədən 5-i market və məişət əşyaları satan şəbəkələrdir. Baxmayaraq ki, bu sahədə elan olunan vakansiyalarda əsasən orta təhsil tələb edilir.

Bəs universitet məzunlarını belə işlərdə çalışmağa nə vadar edir?

İqtisadçı Eyyub Kərimli bildirib ki, beynəlxalq təcrübədə, həmçinin ölkəmizdə baş verən iqtisadi proseslərdən dolayı hazırda əmək bazarında çox ciddi rəqabət formalaşıb:

“Belə ki, bəzən hansısa işə düzəlmək üçün universitet diplomu yetərli olmur. Əlavə bilik və bacarıqların olması tələb olunur. Bu baxımdan əgər insan yalnız universitetdə oxuyub və ixtisasına uyğun biliklərə tam yiyələnməyibsə, işə düzəlməkdə müəyyən çətinliklərlə üzləşəcək”.

Təhsil eksperti Kamran Əsədov isə deyib ki, peşə təhsilli şəxslərin daha çox hissəsi ixtisasları üzrə işləyirlər. Ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrini bitirənlərlə bağlı isə mənzərə fərqlidir. Onların cəmi 42 faizi ixtisasları üzrə iş tapa bilir.

Ekspertin sözlərinə görə, abituriyentlər topladıqları ballara uyğun ixtisas seçdikləri üçün müəyyən sahələrdə təhsil alanların iş tapması bəzən mümkünsüz olur. Odur ki, ixtisas seçərkən əmək bazarının təhlil edilməsi çox vacibdir.  

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 370 baxış
"Arxamca düşüb yalvardı" | Biznesləri batdı, ciblərində 5 manat qaldı, sonra isə... - ARZUNUN VAXTI

"Arxamca düşüb yalvardı" | Biznesləri batdı, ciblərində 5 manat qaldı, sonra isə... - ARZUNUN VAXTI

Cəmiyyət
19 sentyabr 2026 370 baxış
Azərbaycanda ilk və yeganə kapibara ferması | "Nəsimi Bağları"nda daha nələr var? - Baku TV

Azərbaycanda ilk və yeganə kapibara ferması | "Nəsimi Bağları"nda daha nələr var? - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 370 baxış
600 illik tarixi inci | Şamaxıda dini abidələrə dövlət dəstəyi - Baku TV

600 illik tarixi inci | Şamaxıda dini abidələrə dövlət dəstəyi - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 370 baxış
Şamaxıda istirahət mərkəzi | Ərazisi 16 hektar olan kompleksə 2 hotel binası daxildir - Baku TV

Şamaxıda istirahət mərkəzi | Ərazisi 16 hektar olan kompleksə 2 hotel binası daxildir - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 370 baxış
Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksi | İstirahət məkanında nələr yerləşir? - Baku TV

Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksi | İstirahət məkanında nələr yerləşir? - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 370 baxış
"Pul veririk, yenə gəlmirlər" | Zibil konteynerləri ilə bağlı niyə ciddi problemlər var? - Baku TV

"Pul veririk, yenə gəlmirlər" | Zibil konteynerləri ilə bağlı niyə ciddi problemlər var? - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 370 baxış
Asfalt örtüyü çəkdilər, amma xətlər yoxdur | Təhlükəli mənzərənin səbəbi nədir? - Baku TV CANLI

Asfalt örtüyü çəkdilər, amma xətlər yoxdur | Təhlükəli mənzərənin səbəbi nədir? - Baku TV CANLI

Cəmiyyət
19 sentyabr 2026 370 baxış
Qaş düzəldəndə göz çıxardılar? - Asfalt örtüyü dəyişilən yolların xətlənməsi niyə yubanır? - Baku TV

Qaş düzəldəndə göz çıxardılar? - Asfalt örtüyü dəyişilən yolların xətlənməsi niyə yubanır? - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 370 baxış
Azərbaycan milli geyim irsinin zənginliyi və gözəlliyi nümayiş etdirilir - Baku TV

Azərbaycan milli geyim irsinin zənginliyi və gözəlliyi nümayiş etdirilir - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 370 baxış
Seçilmişlər
icon