İşə qəbul olarkən qırmızı diplomun önəmi var?
Ali məktəbə qəbul olanda, eləcə də universiteti bitirəndə hamı səni təbrik edir. Əgər ali təhsilini fərqlənmə diplomu ilə başa vurmusansa, bu, daha böyük uğur deməkdir.
Bəs qırmızı diplom universiteti bitirən məzunlar üçün gələcəkdə nə vəd edir?
Jurnalist Ruhiyyə Allahverdiyeva universiteti fərqlənmə diplomu ilə bitirən gənclərdəndir. Söylədiyinə görə, işə qəbul zamanı ona diplomunun qırmızı olması ilə bağlı tələb irəli sürülməyib.
“Hazırda bir ilə yaxındır çalışıram. İşə girərkən, sadəcə, diplomumun olub-olmadığını soruşdular. Qırmızı diplom alanların əziyyətinin dəyərləndirilməsini və onlara müəyyən üstünlüklərin verilməsini istəyərdim”, – R.Allahverdiyeva deyib.
Qeyd edək ki, bu məsələni bir müddət əvvəl parlamentin iclasında millət vəkili Fəzail İbrahimli da qaldıraraq təklif verib. O bildirib ki, universiteti qırmızı diplomla bitirən məzunların hüququnu genişləndirən imkan yaradılmalıdır.
#Əmək bazarı teqi istifadə olunub
- Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV
- Gələcəkdə əmək bazarında işçi çatışmazlığı yaşana bilər
- ABŞ-də hər beş işçidən birinin köməyinə bu xidmətlər çatır
- Rusiyada əmək bazarındakı böhran hökuməti və tikinti sektorunu çıxılmaz vəziyyətə salıb
- Türkiyəli nazir müavini islam dünyasının əmək bazarından danışdı
