Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ali təhsil müddətində tələbələr ixtisasları üzrə nəzəri biliklər əldə edirlər.
Bəs onlar bu bilikləri real iş şəraitində tətbiq etmək imkanına nə dərəcədə malikdirlər? Universitetlər tələbələri əmək bazarına hazırlayarkən nəzəriyyə ilə təcrübə arasında lazımi balansı qura bilirlərmi?
Təhsil analitiki Bəxtiyar Nəcəfov bildirib ki, Azərbaycan universitetlərinin məzunları əmək bazarına kifayət qədər hazırlıqlı olmurlar.
Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin açıqladığı son statistik göstəricilər də bunu təsdiqləyir. Belə ki, universitet məzunlarının maksimum 60 faizi əmək bazarında iş tapa bilir. Onların isə cəmi 20 faizi öz ixtisası üzrə çalışır.
Bəxtiyar Nəcəfov qeyd edib ki, Azərbaycanda universitetlərdə təşkil olunan istehsalat təcrübəsi demək olar ki, formal xarakter daşıyır. Əksər hallarda təhsilin dördüncü kursunda qısa müddət ərzində keçirilən bu təcrübə tələbələrin əmək bazarına hazırlanması üçün kifayət etmir.
